Big Mac İndeksi nədir?
The Economist jurnalının hazırladığı Big Mac İndeksi, mütəxəssis və investorlar tərəfindən çox istifadə edilir. İndeks, adını McDonalds’ın Big Mac menyusundan alır. Bu indeksin necə istifadə edildiyini anlamayanlar üçün izah etmək qərarına gəldik.
McDonald’s dünyanın hər yerində var, restoranın menyusundakı Big Mac da
Dünyanın ən böyük restoran şəbəkələrindən biri olan McDonald’s demək olar bütün dünyada fəaliyyət göstərir. Azərbaycanda Təndir pendir, qızarmış krevet kimi yerli təamlar olsa da menyuda “Big Mac” və kartof qızarması heç bir ölkədə dəyişmir. Bu səbəb də ölkələr arasında müqayisə aparmaq üçün Big Macı alternativ vasitə kimi qarşımıza çıxarır.
Big Mac eyni üsulla hazırlanır lakin qiymətlər fərqlidir.
Big Mac, çox fərqli yerlərdə eyni tərkəb və eyni üsullarla hazırlanır ki, bu da Big Mac xərcinin hər yerdə eyni olmadığı mənasına gəlir. Amerikada Big Mac ortalama 5,99 dollara satılır. Bunu Azərbaycanda satmaq istəsəniz—8.5 manata heçkim almaz, bu qiymət göndəlik gəlirin çox üstündədir. Bu səbəbdən McDonald’s iş gücü, xərclər, gəlir kimi dəyişkən faktorlara bağlı hər ölkədə uyğun qiymət qoymağa çalışır. Amerika’da ortalama 5,99 dollar olan Big Mac, Azərbaycanda 3.95 manatdır. 3.95 manat 3.22 dollar edir. Bu o deməkdir ki, Amerika’da 1 dollara Big Macın 16,7% ala bilərkən, Azərbaycanda isə 31.1% ala bilərsiniz. Big Mac İndeksinə görə Amerika dollarının satın alma gücü daha çoxdur. Azərbaycanda Big Macın daha çox faizini ala bildiyinizə görə bu o deməkdirki Dollar Manat qarşısında güclüdür. Big Macın ən ucuza satıldığı ölkələr; Misir, Ukrana, Malaziya və CARdır. Ən Bahalı; İsveç və Norveçdir.
0 Rəylər :
Post a Comment