Rəqəmsal Marketinq Terminləri
Rəqəmsal marketinq kampaniyalarında bəzən qarşınıza fərqli terminlər çıxır. Bu yazımızda qarşınıza çıxa biləcək bu terminlər haqqında məlumat verməyə çalışacağıq.
3G : Data əlaqələri üçün olan üçüncü nəsil servisdir. Bu servisle video, media və mobil telefon görüşmələri edilə bilir. Bu termin günümüzde tez-tez istifadə edilir.
Blog: İnternet mühitində insan, qurum, şirkət və s. tərəfindən qurulmuş, tərkibi istifadəçilərlə paylaşılan pullu/pulsuz web saytlarıdır. Bu termin blogging, blogger kimi sözləri də dilimizə əlavə etdi.
Cookie :Web saytları tərəfindən, sayta daxil olan kompyuter, tablet, mobil telefonların skanerlərinə əlavə edilən kiçik mətn (text) əsaslı fayllardır. Ümumiyyətlə, ziyarətçilərin eyni saytları ziyarət etdikləri, bannerlərə vermiş olduqları hərəkətlər kimi bir çox təqib üçün rəqəmsal marketinq hesabatlarında bu məlumatlar istifadə edilməkdədir.
CPA (Cost Per Action) – Fəaliyyət başına maliyət: Sayta ziyarət edən müştəri, reklam yayımı edən saytdan, məhsul və ya xidmət satışı edən sayta yönəldilir. Müştəri satış edən saytda alış əməliyyatı reallaşdırsa, reklam yayımı edən sayta daha əvvəldən müəyyən edilmiş miqdarda, məhsul və ya xidmət qiyməti üzərindən komissiya ödənilir. Hər hansı bir alış əməliyyatı həyata keçirilmədikdə, ödəmə əməliyyatı reallaşmır.
CPC (Cost Per Click) – Klik başına xərc: Rəqəmsal marketinq kampaniyanızda, ziyarətçi başına daha əvvəldən təyin olunmuş bir miqdarda ödəmə etməniz sayəsində, e-ticarət, təşkilati saytınıza ziyarətçi çəkməyinizi təmin edən üsuldur.
CPM (Cost Per Thousand) –Min baxış başına düşən xərc : Klik başına maliyətdəki kimi reklam yayımı edənlərə ödəmə edilən rəqəmsal marketinq reklam üsuludur, ödənişlər arasındakı fərq hər min ziyarətçiyə göstərilmə başına qiymətləndirilməsindədir. On min göstəriş üçün 10 CPM termini istifadə edilir.
CTR (Clicktrough Rate) – Kliklənmə nisbəti: Kliklənmə sayının göstəriş sayına nisbətidir Rəqəmsal marketinq kampaniyalarınızda müvəffəqiyyət dərəcələrini ölçməyə kömək edir.
FAQ (Frequently Asked Questions) – Tez-tez soruşulan suallar : Ziyarətçilər tərəfindən tez-tez verilən suallara istiqamətlənmiş səhifələrdir. Docs səhifələr halında istifadəçilər tərəfindən asanca tapılaraq oxunması üçün təqdim edilir.
Hyperlink – Bağlantı : İnternet səhifələrində istifadəçinin başqa bir web səhifəsinə və ya başqa bir fayla istiqamətləndirilməsini təmin edən körpü əlaqələridir
IE (Internet Explorer) : Windows əməliyyat sistemiylə həm masa üstü həm də mobil cihazlarda web səhifələrini görüntüləyən brauzerdir.
ISP (Internet Service Provider): İstifadəçilərin internetə bağlanmalarına imkan təmin edən lazımlı alt quruluşu təqdim edən təşkilatlardır. Klassik kabelli internet əlaqə xidmətlərinin (ADSL, Dial-up, Geniş Bant) yanında indiki vaxtda kabelsiz internet xidmətləri (GPRS, EDGE, 3G, Wi-Fi) də İSP tərəfindən təmin edilə bilməkdədir.
JPEG (Joint Photographic Experts Group) : Birləşmiş Foto Mütəxəssisləri Qrupu tərəfindən hazırlanmış və standart hala gətirilmiş, şəkil fayllarını göstərən ədədi bir görünüş kodlaşdırma faylı formasıdır.
Keyword : Potensial müştərilərə çata biləcəyiniz söz və ya söz qruplarıdır.
ROI (Return on Investment): Rəqəmsal marketinq kampaniyalarınız üçün xərclərinizlə müqayisədə, kampaniyada əldə etdiyiniz dəyərdir. İnvestisiya gəliri karlarınızın məhsul, xidmət satış dəyərinə nisbətidir.
ROİ = (Gəlir – Satılan məhsulların maliyəti) / Satılan məhsulların maliyəti düsturu ilə hesablanır.
Örnek : İstehsal maliyəti 50 AZN olan ve 120 AZN-ə satılan bir məhsulunuz reklam kampaniyalarınız nəticəsində 20 ədəd satıldığında toplam satışınız 2.400 AZN olur. Reklam maliyətinizin 500 TL olduğunu nəzərə alsaq;
ROİ = (2.400 – (1.000 + 500) ) / (1.000 + 500 ) = 60% olur. ROİ termini reklam verən şirkətlər üçün rəqəmsal marketinq kampaniyalarının müvəffəqiyyətini ölçməyə xidmət edən ən önəmli ünsürdür.
RSS (Really Simple Syndication) : Yeni əlavə olunan məzmunların təqib edilməsini təmin edən XML formatında mətn əsaslı fayl formasıdır.
0 Rəylər :
Post a Comment