Mərkəzi Pittsburg Pennsylvania-da yerləşən The H.J. Heinz şirkəti Amerika mənşəli qida şirkətləri arasında ən qlobalıdır.
Markanı yaradan Henry J. Heinz öz biznesinə yabanı
turplar satmaqla başlayır və uğursuz olur. Bu uğursuzluqdan sonra 1869-cu ildə
ketçup istehsalçısı dostu Noble ilə yeni bir başlanğıc edir və Heinz & Noble Co. markasını yaradır. İstehlakçılar məhsulu
görsünlər deyə qablaşdırmada saf şüşə butulkalardan istifadə edilir. 1873-cü ildəki çaxnaşmada şirkət zəifləyir və
müştəri və işçilərini itirməyə başlayır. İqtisadiyyatdakı dəyişikliklərdən yan
keçməyən şirkət iflas edir. Lakin bütün bunlara baxmayaraq Henry J. Heinz dostu
ilə şirkəti canlandırmaq məqsədilə ketçup istehsal etmək qərarına gəlir. İlk
olaraq 1876-cı ildə Heinz qırmızı pomidor və sirkə ilə təbii və saf məhsulu
istehsal edir hansı ki bu resept günümüzdə də istifadə olunur.Qısa bir müddətdə
məhsulunu bazara çxararaq uğur qazanan şirkət günümüzə qədər ketçup
istehsalında liderliyini qoruyub saxlayır. Dünya miqyasında Heinz adı ketçup ilə
bir tutulur. Milyonlarla ailə üçün ‘əgər Heinz deyilsə ketçup deyil’ devizini
qoruyub saxlayır
Belə ki, bu məşhur şirkət
öz ləzzətli bəsləyici məhsulları ilə 200-dən çox ölkəni öz qidaları ilə təchiz
edir. Məmnunluqla deyə bilərik ki, bu ölkələrin 50-dən çoxunda Heinz şirkəti
bazarda birinciliyini əldən vermir. Şirkətin digər məhsullarına souslar, qəlyanaltılar
və uşaq qidaları daxildir.
Sirketin heyatindaki vacib hadiseden Kraft ile birlesmesinden yazmayibsiniz, ayrica 28 milyon cok kicik bir reqemdir. Sirketin cari bazar deyeri 46 milyard dollardir.
ReplyDeleteSalam. Şirkət 2015-ci ildə Kraft şirkəti ilə birləşir(Kraft 2012-ci ildə 2 yerə ayrılmışdı ve 1 hissəsi sırf Heinz Company ilə birləşdikdən sonra tam fəaliyyətini davam etdirdi) hansı ki, bu hadisə artıq Heinz şirkəti qloballaşdıqdan sonra baş vermişdi.
DeleteFikirlərinizi nəzərə alıb yazılarımızı daha da təkmilləşdirəcəyik.
Bizi izləməyə davam edin. Təşəkkürlər