Apple mobil bazarında 2-lik dən olur?
Counterpoint Research, İyun və İyul aylarında ağıllı telefon satış rəqəmlərinin analizini yayınladı. Şirkət, Çinin lider ağıllı telefon istehsalçısı Huawei’nin qlobal ağıllı telefon satışlarında ilk dəfə Apple’ı keçdiyini bildirdi. Huawei iki aylıq rəqəmlərə görə Samsung’un ardından 2-ci sıradadır. Counterpoint bunu, şirkətin aqressiv və yaradıcı marketinq üsulları həmçinin sabit araşdırma və inkişaf(R&D) və istehsala investisiyaları etməsinə bağlayır. Lakin şirkətə görə, Apple’ın yeni iPhone modellərinə təqdim etməsi və bazara yeni çıxardığı iPhone X ilə satışlarda rekord qırması gözlənilir.Counterpoint araşdırmaçıları,Huawei’nin Cənubi Asiya, Hindistan və Şimali Amerika bazarında zəif olduğunu da bildirir və bunun, “Huawei’nin orta müddətdə, Samsung’un ardında ikinciliyini davam etdirmə ehtimalını məhdudlaşdırdığını" deyirlər. Şirkətin ən güclü olduğu bazarlar Çin, Avropa, Latın Amerikası və Yaxın Şərqdir.
Huawei’nin telefonları, böyük ekranlı və yüksək keyfiyyətli kamera funksiyalarına salib dizaynları ilə populyar oldular. Yenə də, Apple’ın narahat olmasına səbəb olacaq bir şey yoxdur. Counterpoint, iPhone 7 ve 7 Plus’ın dünyanın ən çox satılan ağıllı telefonları olduğunu bildirir. Opponun R11 və A57 modelləri üçüncü və dördüncü ən çox satılan telefonlar siyahısına girib. Siyahını Samsung Galaxy S8, Xiaomi Redmi Note 4X və Samsung Galaxy S8 Plus davam etdirir. Apple’ın qlobal satışlarda öndə olmasına baxmayaraq, Huawei’nin telefonlarından heç biri ilk 10-da yoxdur. IDC məlumatına görə Apple, 2017-nin ikinci rübündə bazara 41 milyon iPhone çıxarıb, Huawei’nin bazara çıxardığı telefon sayısı 38,5 milyon idi.
0 Rəylər :
Post a Comment