Yazılar
Yüklənir...

80-ci illərdə yaşanan Milyonçu Bumu nəcə oldu?— REAGAN İQTİSADİYYATI



Ronald Reagan 1981-ci ildə ABŞ prezidenti seçiləndə ən vacib işi heç şübhəsiz 70-ci illərdə yaşanan staqfilyasiya—iqtisadi durqunluq ilə inflyasiyanın birlikdə yaşanması izlərini aradan qaldırmaq idi. Reagan İqtisadiyyatı (Reagen's Economic) adlandırılan bu strategiyanın əsas məqsədi vergiləri və dövlət xərclərini azaldıb özəl sahibkarlığa iqtisadiyyatda daha çox yer vermək idi. Reagan, seçki kampanyasında verdiyi sözü 1981-ci ildə İqtisadi Bərpa Vergi Aktı—Economic Recovery Tax Act  ilə tutdu. Bu dövrdə çox vergi güzəştləri edildi lakik ən önəmli faktor fərdi vergilərdə oldu- dəyərləri 50% dən daha çox endirildi.
Bu hal isə ölkədə varlı insanın daha da varlanaraq milyonçu olması ilə nəticələndi. Bu iqtisadi vəziyyət  uzun müddətdə bir çox amerikalının milyonçu olmasına səbəb oldu. 8 Mart 1985-ci ildə ABŞ Vergilər Departamenti açıqlamasına görə ölkədə tam olaraq 400,000  yəni Reagan dövründən əvvəlki dövrün 2 qatı qədər milyonçu var idi. Lakin Reagan dövlət xərclərini azaltmadı. Milyonçu bumu dövründə ölkə borcu ciddi dərəcədə artdı və varlı-kasıb arasındakı xətt get gedə daha da təhlükəli həddə yaxınlaşdı. Reagandan sonra  George H. Bush vergiləri yenidən artırdı və hökuməti təkrar gücləndirdi.
Share on Google Plus

About Orkhan Rustamov

0 Rəylər :

Post a Comment