Walmart 1950-ci ildə  Bentonvill, Arkansas’ta Walton’s 5&10 adındaki ilk mağazasını açılmasıyla gələcəkdə ABŞın supermarket zincirlər şəbəkəsi olacaq Walmartın əsası qoyuldu, illər keçdikcə daha da böyüyən, böyüdükcə də yenilik edən şirkətin yeni hədəfi isə kassa aparatları qarşısında yaranan uzun sıraları azaltmaqdır
Smartfonlara yüklənən bir proqram ilə şəxsi məlumatlarını istifadə edib alış-veriş edən müştərilər, qəbz,  zəmanət talonu və bunun kimi digər  sənədləri də online olaraq həyata keçirə biləcək bir sistem qurur.
Starbucks, Dunkin’ Donuts və Chipotle kimi mağaza şəbəkələrinin də istifadə etdiyi və kasslarda növbənin qarşısını alan bu tətbiq, həm işçi həm də müştərinin zaman itkisinin qarşısını alması hədəflənib. 
Şirkətin açıqlamasına görə müştərilər tətbiqi yeklədikdən sonra məlumatlarını daxil edərək bir neçə addımda alış-verişlərini edə biləcəklər. Walmart tətbiqetməsini açan müştərilər “Satın almaq üçün hazır” bölməsinə kliklədikdən sonra, PIN kodu ya da barmaq izi ilə smartfonların kamerasını açacaq.
Kamera ilə məhsulun kodu scan etdikdən sonra ömrəmə prosesi tətbiqetmədəki şəxsi məlumatlarla ödəmə tamamlanacaq. Bu proseslərlə ödənış üsulu olaraq  Walmart Pay və eReceipt istifadə ediləcək.
Mart ayından istifadəyə girəcək bu tətbiqin gələn payıza qədər 4700 Walmart mağazasında istifadə edilməsi gözlənilir. Walmart tətbiqi, iOS və Android platformlarında 26 milyon insan tərəfindən istifadə edilir.