Luks marka ROLEX
Saat deyiləndə ağla ilk gələn markalardan biri Rolexdir. Qiymətləri çox bahalı olan bu saatlar(təxmini olaraq 4-5 min ABŞ dollarından başlayır) , necə olduki bu hala gəldi?
Yeniliklərin Lideri Rolex
Rolex’in indikivəziyyətdə olmasının ən vacib səbəblərindən biri; ilkləri müştərilərinə təklif edərək, saat bazarında lider bir marka oldu. Markanın ilk təkliflərindən bəzilədi; ilk su keçirməz saat, ilk təqvimli kinetik enerji ilə işləyən saatı misal göstərə bilərik. Məsələn su keçirməyən saatlar köməyi ilə artıq su idman növləri ilə məşğul olan idmançılar suyun altında da saatdan istifadə edə bilərlər.
Keyfiyyət = Rolex
Həyata keçirdikləri kəşfləri ilə 1900-cü illlərin ilk yarısında, ROlex etibar qazandı və güvənli bir marka imici yaratdı. 1927-ci ildə Mercedes Gleitze adlı bir üzgüçü, Fransa və İngiltərə arasındakı kanalı üzərək keçməyə çalışacaqdı, bu sınaq zamanı, su keçirməz olduğunu sübut etmək üçün boynuna Rolex markalı saat taxıldı. Gleitze’nin kanalı keçmə sınağı uğursuz nəticələndi lakin qazanan Rolex oldu. Sınaq zamanında saat su keçirməmişdi və üzgüçü də bunu təsdiqləmişdi, və bugünə qədər də yaratdığı imicə sadiqdir.
Rolex saatlarının satış rəqəmləri açıqlanmır, lakin ildə təxminən 1 milyon saat satdıqları təxmin edilir. Luks bir aksesuar markası üçün belə bir satış qərəmi mükəmməldir.
0 Rəylər :
Post a Comment