Yazılar
Yüklənir...

Steve Jobs’un iclas taktikaları

Steve Jobs’un iclas taktikaları




İngiltərə Psixoloji Cəmiyyətinin apardığı bir araşdırmaya görə, ötən il ABŞ-da xətalı iclasların xərcləri 37 milyar dollardır.
Appleın qurucusu və keçmiş CEO'su Steve Jobs, bu mövzuda həddindən artıq həssas yanaşan insanlardan idi.Steve Jobsun iclasları daha effektiv etmək üçün istifadə etdiyi 3 əsas taktika;

İclasları mümkün qədər az insanla edirdi

Ken Segall, “Insanely Simple” adlı kitabında, Steve Jobs ilə işləməyin necə birşey olduğundan bəhs edir.
Segall, iclasların birində Jobsun birdənbirə ayağa qalxaraq, otaqdakı bir nəfərə, orada nə işi olduğunu soruşub, daha sonra da “nəzakətlə” iclası tərk etməsini istədiyin deyir. 

Hər layihədən bir nəfəri məsul tutardı

Jobsun gündəliyində hər layihə bir məsun şəxslə əlaqəli idi. Jobs bunu edərkən, həm özü layihəni izləyirdi, digər tərəfdən isə komandanın layihəni daha yaxşı idarə etməsinə şərait yaradırdı.

Heçkimə təqdimatların arxasında gizlənməyə icazə vermirdi

“Steve Jobs” adlı biyoqrafiya kitabını yazan Walter Isaacson, Steve Jobsun öyrəşilmiş şablon təqdimatlardan nifrət etdiyini deyirdi.
Biliyiniz kimi Steve Jobs, mükəmməl təqdimat ustası idi. Lakin təqdimatında klassik üsular yerinə sadə, təsirli və məhsulu ön plana çəkib təqdimat edirdi və bu xüsusiyyətin işçilərinin də qazanmasını arzulayaraq, bəzi departamentlər üçün təqdimatların yanlız məhsulların göstərilməsini tələb edirdi.
Share on Google Plus

About Orkhan Rustamov

0 Rəylər :

Post a Comment