Yazılar
Yüklənir...

Qaçqınlarla bağlı açıqlaması Starbucksa mənfi təsir etdi?

Qaçqınlarla bağlı açıqlaması Starbucksa mənfi təsir etdi?


Starbucks, Suriyalı qaçqınların ABŞ-a girişini qadağan edən və digər 7 müsəlman ölkə vətəndaşlarının girişinə qadağa gətirən qərarnamadən sonra, fəaliyyət göstərdiyi 75 ölkədə 5 il ərzində 10 min qaçqına iş verəcəyini  bəyan etmişdi.
Starbucks’ın Trump’ın 7 ölkə vətəndaşlarına müvəqqəti(90 gün) səyahət qadağası tətbiq etməsindən sonra 5 il ərzində 10 min qaçqının işə alacağını açıqlaması markaya mənfi təsir etdi.
YouGov’un açıqladığı  BrandIndeks raportuna görə 2017-ci ilin 1 fevral ilə 24 fevral tarixləri arasında marka ilə əlaqəli mənfi olan insanların indeks balı 50% dən daha çox düşüb. Starbucksın CEO’su Howard Schultz səyahət qadağanına bağlı etdiyi açıqlamada, “Qeyri-müəyyənliklərlə dolu dövründə yaşayırıq. Ölkəmizin təqdirinə şahidlik edirik" dedi.

Business Insider’ın xəbərinə görə; Schultz’un Trump’ın qadağasından sonra etdiyi açıqlamadan əvvəl müştərilərin 30% Startbucksdan bir şey aldıqdan sonra yenidən qəhvə almaq istəyəndə seçimlərinin Starbucks olacağını deyirdilər, lakin bu göstərici qaçqın açıqlamasından sonra 24% düşdü.



Schultzun aclqlama etdiyi tarixdən markada yaşana düşüş qrafikdəki qırmızı oxun sağ hissəsindən görünür.   Mənbə: Business Insider


Yanvar ayında Starbucksın Facebook səhifəsində  istifadəçi, “10.000 qaçqını işə almağa qərar verdikdən sonra Starbucksda pul xərcləməyəcəm” şirkəti tənqid etdi. Starbucksın ABŞ’da müharibə veteranlarını dəstəkləyən bir proqramı da var. Şirkət 2014-cü ildən bugünə kimi 9 mindən çox veteranı işə alıb.
Share on Google Plus

About Orkhan Rustamov

0 Rəylər :

Post a Comment