Yazılar
Yüklənir...

Starbucksın uğurunun arxasında nə var?

Starbucksın uğurunun arxasında nə var? 



Starbucks-ın dünya nəhəngi bir kofe şirkəti olmasındakı payı yalnız məhsullarındakı keyfiyyətə görədirmi? Yoxsa bu uğurun ardında hər bir şöbəsində dəyişməz qayda olaraq hesab etdikləri bəzi sirlərmi var?
Getdiyiniz hər Starbucks, işiqlandırılmasından dizayn xüsusiyyətlərinə qədər bəzi dəyişməz kriteriyalar nəzərə alınaraq ortaya çıxır. Bloomberg müxbiri Sam Grobart, Starbucks şöbələrindəki ən bilinən 5 dizayn detaylarından belə bəhs edir:
1 – Yeni məhsulların reklamlarını hələ qapıda tövsiyyə etməyə başlayır:
Dizaynerlər bu detalı, müştəriylə mağazanın əl sıxışması olaraq adlandırır. Bu reklamlardakı diqqət çəkən nöqtə, məskunlaşma olaraq mütləq göz səviyyəsində olmalı və şübhəsiz mağazanın xaricinə yerləşdirilməlidir.
2 –Sifariş sahələrinin yerləşdirilməsi düşünülərək hazırlanır:
Starbucks'larda oturma sahələri mağazanın xaricindən görüləcək şəkildə yerləşdirilir. Bu da sifariş sahələrinin orta və ya arxa qisimdə iştirak etməsi anlamına gəlir. Bu səbəbdən, çöldən keçən potensial bir müştəri, içəridə uzun müddət otura biləcəyi mövzusunda və ya otura biləcəyi boş yerlərin mövzusunda əmin olmuş olur.
3 – İşıqlandırma sahəsi, sizi sifariş sahəsinə yönləndirir:
Starbucks'a girdiyiniz andan etibarən, mağaza içindəki işıqlar sizi düz sifariş sahəsinə doğru istiqamətləndirməyə çalışır. Bu sahədə məhsullar daha parlaq  göstərilərək müştəriləri satın almağa cəsarətləndirir.
4 – İşçilərlə aranızdakı məsafəni azaltmağı hədəfləyir:
Starbucks-ın hədəflədiyi bir başqa şey isə işçilərlə aranızdakı əlaqəni mümkün qədər ən üst səviyyədə tutmaqdır. Buna görə də mağaza içində iştirak edən dəzgahları çox dar tutmağa çalışır. Starbucks dizaynerlərinin fikrincə, əgər dizayn bu şəkildə edilməmiş olsaydı, qarşılaşacağınız uzun qəhvə maşınları sizi sifariş verməyə çox da  təşviq etməyəcəkdi.
5 – Reklam yerləşdirilməsinə mağaza içində də əhəmiyyət verirlər:
Qəhvə sifarişinizi verdiyiniz qisim ilə qəhvənizi alacağınız qisim arasına yerləşdirilən reklamlar, bu gözləmə müddətində diqqətinizi çəkməyi hədəfləyir. Nəticədə, bir sonrakı sifarişiniz üçün belə indidən sizə fikir verməyi hədəfləmiş olur.


Yazımızı bəyəndinizsə paylaşın daha çox insan görsün.

Share on Google Plus

About Orkhan Rustamov

0 Rəylər :

Post a Comment