Yazılar
Yüklənir...

SEO nədir?

SEO nədir?


Çoxumuzun eşitdiyi, “Mənim saytımı Google’da necə ən üstə çıxara bilərəm?”. SEO sadəcə Google ilə əlaqəli bir şey deyil. Lakin reallıqla baxsaq, bəli, məsələ Google’un saytınızın tərkibinə və digər kriteriyalara verdiyi dəyərlərlə əlaqəlidir.
SEO qurmaq atom parçalamaq kimi deyil
SEO əmək və əziyyət tələb edən bir işdir. Bununla belə qətiyyən çox çətin bir şey deyil. SEO nə olduğunu anlamaq üçün, Google'un internet saytında nələrə diqqət etdiyinə göz gəzdirməkdə fayda var.
Məzmununuzu aktual saxlayın
SEO bir çox şeyin bütün halında reallaşmasıyla ortaya çıxır və bunun ən vacib nöqtələrindən biri, məzmunun xüsusi(sizə məxsus olması) və aktual olmasıdır. Google, silsiləndirmə olaraq adlandırdığı  prosesslə, müəyyən periodlarla saytınıza nəzarət edir. Bu periodların artması, saytınızdakı məzmun  yeniləmə ilə də əlaqəlidir. Digər tərəfdən isə 
məzmunun özünüzün olması daha həssas və vacibdir. Saytınızdakı məzmunların 'oğurluq' olması saytınızı ciddi mənada aşağıya çəkəcək.
Faydalı istifadəliliyi artırın
Bir digər vacib nüans isə, saytın istifadə baxımından əlverişli olmasıdır. İstifadəçinin axtardığı məzmunu rahatca tapması, səhifənin surətli işləməsi və başqa faktorlar saytınızı Google nəzərində qiymətini artıracaq. 
Bağlantı deyil, əlaqə yaradın
SEO'da digər önəmli kriteriya, xarici saytlardan sizin sayta edilən bağlantılardır. Məqalə işləri və ‘linkləmə’ adlandırılan fəaliyyətlərin hamısı bu məqsədlə reallaşıb-istinad gətirmək.
Hədəf kütlə
Son illərdə SEO çox ağıllı bir sistemlə işləməyə başlayıb. Bu səbəbdən istifadəçilərə göstərilən nəticələr, çox daha şəxsi bir şəklə büründü. Bu səbəbdən də məzmunun önəmi və açar sözlər çox vacibdir(bu barədə birazdan daha ətraflı bəhs edəcəyik). Bu səbəbdən də hədəf kütlənizin yeri, vərdişləri, yaş və başqa bu tip məlumatlarını nəzərdən keçirmək sizin üçün çox faydalı olacaq. Bu məqamda sosial medianı istifadə etmək daha effektli olacaq.


Doğru yerdə, doğru açar sözləri istifadə edin
Bilməyənlər üçün izah qısa izah verək; Açar söz, hər bir səhifənin kodlarında yer alan ve bu səhifəni təyin edən sözlərə verilən addır (key words). Açar sözlərin vacibliyi, SEO kateqoriyalara bölərkən bu sözlər önəmli rol oynayır. Açar sözlərinizi tez-tez yeniləyin və çalışın sizi ifadə edəcək sözlər olsun.  

Açar sözü bir ''#'' olaraq düşünə bilərsiniz


Detalları göz ardı etməyin.
Bugün internette yer alan demək olar ki, bütün şirkətlər SEO istifadə edirlər. Bu qədər geniş məzmun arasında ön plana çıxmaq, detallara verilən önəmlə mümkün olur. Saytınızın kodlarında olan ‘meta’ başlıqlarını incələmək, dərhal sonra isə bu hissədə doğru məlumatları qeyd edərək və lazım gələrək yeniləyərək digərlərinə nisbətdə çox böyük fərqlər ortaya çıxara bilərsiniz.

SEO barədə növbəti yazılarımızda mütəxəssin məsləhəti ilə tanış ola bilərsiniz.

Yazımızı bəyəndinizsə paylaşın daha çox insan görsün. Səhifəmizə abunə olmağı unutmayın

Share on Google Plus

About Orkhan Rustamov

0 Rəylər :

Post a Comment