Sosial Medianın Reklamdakı Payı
Markalar tərəfindən müştərilərə təklif edilrən rəqəmsal media planlamaları, verilən brief istiqamətində çatmaq istənilən kütləyə və nəşr məcralarına giriş təmin etmək üçün lazımlı bir arqumentdir. İstədiyimiz məlumatlara saniyələr ərzinda əldə etməyimizi təmin edə bilən bir dünyada yaşadığımızı göz ardı etməsək, internet reklamının bu qədər surətlə böyüməsi yadırğamırıq. Digər tərəfdən rəqəmsal dünyanın reklam və marketinq sahəsinin böyük bir bölümünü internet reklamı əhatə edir. Hərkəsin büdcəsinə görə reklam vermək şansı verən internet reklamçılığı, markaları da rəqəmsal investisiya etməyə istiqamətləndirir“Reklam üçün ayrılan büdcə doğru şəkildə, doğru istiqamətdə istifadə edilməlidir.”
Markaların media planlamasını 4 əsas başlıq altında birləşdirmələri lazımdır, Məhsul və ya Servis analizi, Hədəf Kütlə, Məcra Seçimi və Büdcə məsələləri markalar tərəfindən yaxşı analiz edilməlidir. Təqdim ediləcək məhsul və ya servisin bazar araşdırması doğru şəkildə edildiyi təqdirdə istədiyi hədəfə çatacaq.
Son illər də önəmi və təsiri artan sosial medianın reklam sektorunun inkişafına böyük təsir edir. Sadəcə məhsul çıxarıb və sayt sahibi olmaq tanınmaq üçün kifayər deyil. sosial məcralarda yerinizi almalısınız. Çünkü internet reklamçılığının ən çox istifadə edildiyi sahə sosial media olaraq qarşımıza çıxır. Əslində isə rəqəmsal dünyanın bu qədər çox reklam həcminə sahib olmasının səbəbi; internet istifadə edən demək olar hər kəsin sosial media saytlarında hesabının olmasıdır. Sosial media reklamçılığının başında Facebook, Twitter və İnstagram reklamları kimi öncü sosial media şəbəkələri gəlir.
"Facebook, marketinq baxımından kritik əhəmiyyət daşıyır"
Sosial media reklamçılığının şübhəsiz ən təsirli kanalı Facebookdur. Facebook’un günlük aktif istifadəçi sayısının 800 milyondan çox olduğu üçün marketinq baxımından daha önəmlidir. Effektiv Facebook reklamları üçün beş fərqli ipucunu; ‘Mobil telefona xas reklamlar yayımlamaq’, ‘Mobil applicationda(əlavələr) reklamları’, ‘Müştəri kütləsini yenidən hədəfləmək’, ‘Yayımlanmış ya da yayımlanmamış səhifə postlarını yoxlayaraq ən effektiv nəticəni əldə etmək’ və ‘Kreativ reklamlara istiqamət vermək’ şəklində sıralandıra bilərik. Ölkəmizdə təxminən 1.660.000(bir milyon altıyüz altmış min) aktiv instagram istifadəçisi, 2 milyona yaxın Facebook istifadəçisi var twitter isə bu sıralamada geridə qalır (bu barədə növbəti yazılarımızda geniş infoqrafik ilə tanış ola biləcəksiz) bu 3 böyük sosial media hesabları ilə reklam edərək daha ucuz qiymətə daha çox müştəriyə çata bilərsiniz. Youtube reklamları isə TV reklamları ilə müqayisədə büdcə olaraq daha əlverişlidir.
“Google Adwords köməyi ilə markanızı üst sıralara çıxara bilərsiniz”
Google reklamları şirkətlər üçün böyük bir fürsətdir. Google Adwords köməyi ilə Search reklamları ve Display reklamları vermək mümkündür. Bu sayədə istədiyiniz açar sözləri(key words) seçərək, büdcənizə görə reklamlarınızı ilk səhifəyə qaldıra bilərsiniz. İstədiyiniz şəkli seçdiyiniz bir internet saytında istifadəçilərə çatdıra bilərsiniz. Hətta internet istifadəçilərinin ən çox istifadə etdiyi informasiya vasitələrinin başında gələn e-mail, artıq Google sayəsində fərqli bir şəklə çevrildi. Gmail hesabı olanlara reklam göstərilməsi daha rahatdır. Gmail reklamlarında istifadə edilən hədəfləmə növləri isə; Açar sözlər hədəfləmə, Peşə Hədəfləmə, Kampaniya, maraq sahəsi, Dil, Domain, E – Mail siyahısı Hədəfləmə, Mobil Cihaz Hədəfləmək, IP əsaslı Coğrafi Hədəfləməı, Məhsul faktura hədəfləmək, Qiymətləndirmək və Demoqrafik Hədəfləmək olaraq sadalaya bilərik
Super wpis. Pozdrawiam i czekam na więcej.
ReplyDelete