Bazar
seqmentasiyası şirkətin marketinq strategiyasının tərkib hissəsidir. Beləliklə,
şirkət bazarı seqmentlərə bölüb öz hədəf qruplarını (potensial alıcılarını) müəyyənləşdirir.
Hər hansı
bir bazarda alıcılar öz istəkləri, qaynaqları, yerləri, satın alma vərdişləri və
satın alma mövzularında fərqlilik göstərirlər
Seqmentasiya sayəsində şirkətlər
böyük, heterogen bazarları kiçik sahələrə
bölürlər, bununla da müstərinin unikal ehtiyaclarını ödəyəcək daha məhsuldar və
effektiv xidmət göstərərək məmnunluq yaradırlar.
Bazar
seqmentasiyası istər istehlakçı, istərsə də sənaye və beynəlxalq bazarlar üçün aparılır və potensial alıcılar
müəyyən edilir. Bu seqmentlər müəssisələr, məhsullar, istehlakçılar ola bilər,
onları eyni seqmentdə birləşdirən isə hamısının oxşar, ümumi cəhətlərə malik
olmasıdır. Bazarın seqmentlərə bölünməsi müxtəlif faktorları nəzərə alaraq, müxtəlif
üsullarla həyata keçirilə bilər.
İstehlakçılar
yaşadıqları regionun coğrafi xüsusiyyətlərinə, demoqrafik əlamətlərinə(yaş, cins, ailə vəziyyəti, gəlir, təhsil, din, irq, milliyət və s.), psixoloji xüsusiyyətlərinə(hansı
sosial sinfə mənsubluğu, həyat tərzi, şəxsiyyəti) və davranışlarına (sədaqəti, statusu və s.) ; məhsullar istifadə etmə qaydalarına, tətbiq sahələrinə, müəssisələr
isə özəl və ya dövlət sektoruna mənsubluğuna, həmçinin sənayenin hansı sahəsinə
aid olmasına, istifadə etdiyi satış texnikasının növünə və reklam növlərinə görə
seqmentlərə ayrıla bilər.
Sənaye
bazarı isə bu xüsusiyyətlərdən özünəməxsus olduqlarına əlavə olaraq, satın alma
yanaşmaları, vəziyyət faktorları və fərdi xüsusiyyətlərdən də istifadə edir.
Beynəxalq bazarların seqmentasiyasında isə iqtisadi faktorlar xüsusilə də inkişaf səviyyəsi əsas götürülür. Məsələn, hazırda iqtisadi inkişaf səviyyələrinin yüksək olmasına görə Braziliya, Rusiya, Hindistan və Çin beynəlxalq bazar seqmentasiyasında seçilir .
Beynəxalq bazarların seqmentasiyasında isə iqtisadi faktorlar xüsusilə də inkişaf səviyyəsi əsas götürülür. Məsələn, hazırda iqtisadi inkişaf səviyyələrinin yüksək olmasına görə Braziliya, Rusiya, Hindistan və Çin beynəlxalq bazar seqmentasiyasında seçilir .
Bazarın rəqabət
meydanında müvəffəqiyyət qazanması, hansı seqmentinin hədəf olaraq nə dərəcədə
uğurla seçimindən asılı olacaq.
0 Rəylər :
Post a Comment