Rəqəmsal Marketinq Mütəxəssisləri üçün Təməl Biliklər
Rəqəmsal marketinq
(digital marketing) və online reklamçılığa başlamazdan əvvəl rəqəmsal marketinq
mütəxəssisləri müəssisə hədəfləri, potensial müştərilər və məhsullar
mövzularına fokuslanmalıdırlar. Bu sahələr haqqında düşünmək, online digital
marketinq kampaniyaları üçün plan yaratmağa kömək olacaq.
Müəssisə Hədəfləri
Rəqəmsal marketinq kampaniyaları ediləcək müəssisənin əldə etmək
istədiyi hədəfləri təyin edək:
- Telefon zəngləri: Məhsul və ya xidmətinizlə maraqlanan potensial
müştərilərin müəssisəni axtarışı
gözlənilər.
- Ola biləcək Satışlar: Ziyarətçilərin bir formu doldurması,
məhsul və ya xidmətlə əlaqədar daha çox məlumat istəməsi və ya potensial
müştəriyə çevrilməsini gözləməkdir.
- Mağaza müştəriləri: Potensial müştərilərinizin web saytınıza
gəlib məhsul və ya xidmətin satın almasını gözləməkdir.
- Online satış: Istifadəçilərinizin online olaraq, kompyuterlərindən,
tablet və ya mobil telefonlarından məhsul ya da xidməti sifariş etməsini
gözləməkdir.
- Müəssisə tanınması: Ziyarətçilərə müəssisə tanınması haqqında daha yaxşı imic
təmin etməyə istiqamətli gözləntilərdir.
- Geri Dönən Ziyarətçi: Potensial müştərinin, təkrar re-targeting metodu ilə sayta
çəkilərək, məhsul ya da xidmətin satışının təmin edilməsinin
gözlənilməsidir.
Rəqəmsal marketinq kampaniyalarında müəssisələrin hədəfləri
bunlardan bir və ya bir neçəsi ola bilər.
Rəqəmsal Marketinq və Müştərilər
Rəqəmsal Marketinq: Potensial müştərilər
Məhsullarınızı və xidmətlərinizi satdığınız istifadəçiləri
düşünək. Xüsusilə də aşağıdakılar haqqında düşünmək lazımdır:
- Müştəriləriniz kimdir? Müştəriləriniz müəyyən bir yaşda və ya
cinsdədirmi? Fərqli bir dildə danışırlarmı? Maraqları nələrdir?
- Nə axtarırlar?Müştərilərin məhsullarınızı və ya xidmətlərinizi axtarmaq
üçün istifadə edəbiləcəyi sözlər və söz ifadələri hansılardır? Bunlar,
daha sonra reklamlarınızın genişlənməsində köməkçi olması üçün seçə
biləcəyiniz açar sözlərdir.
· Müştərilərin
məhsullarınızı və xidmətlərinizi axtarmaq üçün istifadə edə biləcəyi, ancaq
məhsullarınızla və xidmətlərinizlə əlaqəli olmayan sözlər və söz ifadələri
hansılardır? əgər "istifadə edilmiş kitab" satırsınızsa,
"e-kitab" buna nümunə olaraq verilə bilər. Bunlar, daha sonra əlaqəli
olmayan zəngləri filtrləmək üçün seçə biləcəyiniz mənfi açar sözlərdir.
· Müştəriləriniz
hardadır? Bu kəslərin harada
olduğunu düşünün. Bura bölgənizə yaxın bir şəhər, bölgə və hətta ölkə ola
bilər.
· Nə
zaman al-ver edərlər? Potensial müştərilərinizin veb və ya telefon
nömrənizə nə zaman çatmasını istəyərsiniz? Səhərlərmi? İş saatlarındamı?
Rəqəmsal Marketinq:
Məhsullar
Son olaraq, satdığınız
məhsulları, xidmətləri və bunları müştərilər baxımından maraqlı cazibədar edən
xüsusiyyətləri düşünək. Rəqəmsal marketinq mütəxəssisləri maraqlı
xüsusiyyətlərdən kampaniyalarının müvəffəqiyyətini artırmaq üçün faydalanırlar.
Aşağıda bir neçə nümunə verilmişdir:
·
Qiymət
·
Keyfiyyət
·
Əlçatma
·
Pulsuz
Çatdırılma
Bunlardan bəziləri
məhsul və xidmətləriniz üçün etibarlı ola bilər. Ya da müəssisənizlə
əlaqəli başqa xüsusiyyətlər ola bilər. Hər iki halda da, online reklamlarınızda
göstərə bilmək üçün bu xüsusiyyətlər barədə düşünməlisiniz.
0 Rəylər :
Post a Comment