Yazılar
Yüklənir...

Dark Marketinq nədir?

Dark Marketinq nədir? 



Dark marketing, qaranlıq marketinq olaraq da bilinən bir partizan marketinq strategiyası olub, undercover marketing (mental marketinq), stealth marketing (örtülü/gizli marketinq), buzz marketinq ilə bağlantısı olan bir marketinq tətbiqidir.
Adından da göründüyü kimi müştəriyə təlqin edilməyə çalışılan və bu vəziyyəti örtülü bir şəkildə müştəriyə hiss etdirmədən tətbiq etməyə daxil edən müddətdən ibarətdir. Məsələn, kinoteatrlarda niyə popkorn satılır? Ya da seriala baxarkən niyə günəbaxan tumu çırtlatmaq vərdişi hardan gəlib? 
1950-ci ildən sonra ortaya çıxan, indiki dövrə qədər gələn və nümunə götürülən bir tətbiqdən ortaya çıxan dark marketing təməlində popkorn yatır😁.
Bəli, 1950-ci illərdən kinoteatrlarda popkorn yemək insanlara təlqin edilərək vərdiş halına gətirildi. Beləcə məhsul istehsalı və satışlarından ciddi bir artım meydana gəlmişdir.
Dark marketinq toplum tərəfindən tanınmış, məşhur biri vasitəsi ilə bəzi məhsul və markaların müştərilərin fərqində belə olmadan şüuraltına yerləşdirilməsi ilə potensial müştəri kütləsi yaratmağa səy göstərilməsinə verilən addır. Yəni dark marketing müştərilərin xəbəri olmadan və onlara hiss ettirmədən marketinq fəaliyyətlərinin gerçəkləşməsidir. Bu tip marketinqə agent tipli və ya maskalı marketinq da deyilir. Bu tip marketinq strategiyasına daha çox filmlərdə(24-cü kadr) da rast gəlmək mümkündür.
Məqsədi hər nə qədər istədiyi və ya ehtiyacı olduğu məhsulu müştəriyə edilən marketinq fəaliyyəti ilə hiss etdirmədən təmin etmək kimi görünsə də, əsl məqsəd isə müştəriyə ehtiyacı olmayan məhsulu ehtiyac olaraq yaratmaqdan ibarətdir. Dark marketinqi ən çox istifadə edən firmalar arasında qadağalar və qanunla nizamlamalardan əvvəl tütün və içki satışı ilə məşğul olan şirkətlər daxil idi. İndi isə qanunla nizamlanmalar bizim ölkəmizdə də tütün və içki satışına aid bütün reklamların qadağan olunması (yanlız müəyyən saatlarda paylaşıla bilər).


İnkişaf edən və dəyişən dünyada texnologiyanın gəlirləri həddindən artıq çoxdur və bu vəziyyət tütün məmulatları istehsalçılarına da təsir edir, bildiyiniz kimi daha az zərərli olduğu deyilən və bununla birlikdə satışlarında ciddi bir artım meydana gələn elektron siqaretlər ən çox satılan tütün məmulatları arasındadır. Həmçinin müştəriyə daha az zərərsiz olması təsir edir ki, bu vəziyyət tütün məhsulları satanlara təsir edir. Bəs xəbərlərdə deyilən elektron siqaretlərin ağızda partladığına dair xəbərlərə rast gəlmisiniz? Bu hal elektorik siqaret istehlakçılarını qorxudub normal tütün məmulatlarına istiqamətləndirmir? Elektron siqaretlər həqiqətən partlayır və bu səbəbdən də normal tütün məmulatlarından istifadəyə qayıtmaq 100% dəqiqdir? Əlbəttə, elektronik siqaretlərdə yaşanan belə bir problem var, lakin bunun xəbər olması və istehlakçıya çatdırılması dark marketinq taktikanına baxılmalıdır. 



Dark marketing marka adı, logosu və ya açıq reklam qadağan olan vəziyyətlərdə qarşıya çıxa bilər. Belə vəziyyətlərdə markanın xarakteriylə qaynaşmış alt elementləri istifadə edərək markayla birbaşa əlaqə qurulmasını təmin edir. Bunlara məhsulun dizaynı, tipoqrafik elementləri bəzən rəng şkalası aiddir. Yarışma proqramlarında reklam olmaması üçün yarışçıların əynindəki paltarların markaları senzura edilsə belə (adətən qara band ilə örtülür) o məhsulun hansı markaya aid olduğunu rahatlıqla anlamaq mümkündür.

Dark marketinqin ən çox səs gətirən tətbiqlərinə son illər seriallarda çox rast gəlirik Bəzi serialların bitməsindən illər keçməsinə baxmayaraq, hələ də ordakı aktroyun istifadə etdiyi telefon, evdə yemək yedikləri qab-qacaq, evdəki mebellər, maşınlar hətta telefonla danışıq tərzi belə insanlara təsir edir və uğurlu bir iş alınır. Telefon satışı edən Apple və Samsung bu vasitə ilə ciddi bir gəlir əldə etmişdilər ki, burda da dark marketinqin rolu çox böyükdür.

"Marketinq diqqət işidir, önəmli olan baxmaq deyil, baxdığını gerçək olaraq görməkdir."

Share on Google Plus

About Orkhan Rustamov

0 Rəylər :

Post a Comment