Coca Cola bu günə kimi ən zərərsiz kolanı təqdim etdi.
Yaponiyada Coca Cola istehlakı bilinməyən səbəbdən sürətlə azalması səbəbilə bir araşdırmanın nəticəsi onu göstərdi ki, yaponlar sağlamlığa ziyan olduğunu düşündüyü üçün Coca Cola-dan imtina edirlər, bunu görən şirkət bazara yeni məhsul ilə girmək üçün çalışdı. Xüsusilə Coca Cola Zero və Coca Cola Light çox güvənməyənlər üçün "indiyə kimi istehsal edilmiş ən sağlam(zərərsiz) Coca Cola" adı ilə yeni məhsulu olan Coca Cola Plus təqdim etdi.
Coca Cola Plus, tərkibindəki yüksək miqdarda lif ilə zərərsiz bir içki olaraq təqdim olunur. Beynəlxalq səviyyədə Amerikan Qida və Dərman -FDA tərəfindan də təsdiq edilən bu içki Yapon hökumətindən “Tokuho” yəni “sağlam/zərərsiz qida” etiketi almaq üçün də baş vurub.
Coca Cola rəhbərliyi 27 Martdan rəflərdəki yerini alacaq bu məhsuldan gündə 1 butulka istifadə etməyi məsləhət görür. Yaponiyada satışa çıxacaq bu məhsulun qiyməti təxminən $1.40 olacaq.
Ölkəmizdə də xüsusilə yay aylarında sərinləşdirici içki bazarının lideri olan bu şirkətin Coca Cola Plus-ı Azərbaycan bazarına da çıxarıb-çıxarmayacağı hələ bilinmir.
0 Rəylər :
Post a Comment