Yazılar
Yüklənir...

Təsirli Satış Strategiyaları üçün Diqqət Etməli Olduğunuz Taktikalar.

Təsirli Satış Strategiyaları üçün Diqqət Etməli Olduğunuz Taktikalar.



İlk görüşmələr hərzaman satış proseslərinin gedişatını təyin edən önəmli bir ünsürdür. Bu görüşmələri faydalı şəklə salmaq lazımdır ki, bəlkə də uğurlu bir razılaşma ilə bitəcək bir görüş təyin etmək ehtimalı artır. Təəssüf ki, bəzi satış təmsilçiləri yaxşı bir əlaqənin necə qurulacağı haqqında kifayət qədər məlumata sahib deyillər. Belə olduqda isə, görüşlər uğursuzluqla nəticələnir.
İlk ünsiyyətə başlamaq haqqında təsdiqlənmiş 3 taktika var. Bu 3 taktikanı istifadə edərək satış hədəflərinizə çata bilərsiniz, rəqabətdən xaricdə qala və daha çox potansial müştəriyə çata bilərsiniz.

1. ‘Sizin Bazarınızda nələr olur? Biraz ondan danışaq...’

Bu şəkildə ünsiyyətə girmək, sizi potansial müştərinizin bazarında mütəxəssis olaraq göstərir və müştərinin etibarını qazandırır.  Potansial müştərinizin sahəsindəki trendləri bildiğinizi qarşı tərəfə göstərir və böyləliklə maraq oyadır, yeni bir bağlantı qurulmuş olar. Görəcəksiniz ki, dediklərinizi daha diqqətli şəkildə dinləməyə başlayacaqlar. Çünkü siz artıq onlar üçün fikir alabiləcəkləri  məsləhətçisiniz.

2. ‘Mənim, Sizin Sektorda Gördüyüm Bəzi Çətinliklər Bunlardır…’

Görüşdüyünüz potansial müştəinizin sektoru ilə əlaqəli çətinlikləri, boşluqları və problemləri bildiyinizi göstərmək və bunları müştərinizlə paylaşmaq digər alternativ bir yoldur. Lakin çox az satış təmsilçisi bu üsulu istifadə edir. Unutmayın, müştəri dərdinə dərman axtarır, yəni problemlərə həll olacaq şeylərlə maraqlanır. Ünsiyyətə bu şəkildə başlasanız ikinci görüş sizin üçün çox asan olacaq.

3. ‘İşiniz ilə Əlaqəli Qarşılaşdığınız Ən Böyük Problem Nədir?’

Bu sual sadə olmasına baxmayaraq çox yaxşı sualdır. Bu sualı verməkdən çəkinməyin. Çünki əslində bunu edərkən, sizə necə kömək edə bilərəm sualını da vermiş olursunuz. Danışığınızın davamında məhsul və ya servislərdən söhbət açılacaq.
Uğurlar…
Share on Google Plus

About Orkhan Rustamov

0 Rəylər :

Post a Comment