Yazılar
Yüklənir...

Uğurlu Satış üçün 10 məsləhət

Uğurlu Satış üçün 10 məsləhət



Satış, çətindir. Həm texnologiya dəyişir, həm də müştərilər. Bir neçə il əvvəl işə yarayan taktikalar bu günlərdə işə yaramaya bilər. İnsanlar artıq daha təhsillidirlər və barmaqlarının ucunda böyük bilgi dənizi var. Bugün, keçmişdəkilərlə nisbətdə daha ağıllı müştərilərlə qarşı qarşıyayıq və bu səbəbdən də onlara olan münasibət də dəyişməlidir. Yaxşı bir satış mütəxəssisi olmaq yolunda irəliləmək üçün satışa aid 10 məsləhəti sizə təqdim edirik:

1. Məhsulunuza İnanın

Əgər satmağa çalışdığınız bir məhsulunuz varsa ona inanmağınız lazımdır. Əgər məhsulunuza inanmasanız, onun əhəmiyyətli olduğu barədə digər insanları necə inandıra bilərsiniz? 
2. Mütəxəssis Olun
Yardım etməyə çalışan bir münasibət göstərin və təzyiq etmədən məlumat verməyi təklif edin. Əgər məhsulunuzu satmaq yerinə müştərilərin problemini həll etməyə çalışsanız,  nəticədə daha çox satış və yaxşı müştərilərə çatarsınız. Satış etməyin,  qoyun insanlar özlərinin satışını etsinlər.

3. Pulsuz birşey təklif edin

Hamı pulsuz şeyləri sevir amma bu sizin işinizə bir çox fərqli şəkildə faydalı ola bilər. Əgər pulsuz bir şey təklif edirsinizsə insanlar bunu məmnuniyyətlə qəbul edəcəklər. Həmçinin sizin təkliflərinizlə maraqlanmayan potansiyal müştərilərini ilə bir əlaqə qurmağa şans yaradır. Əgər potansiyal müştəri yaratmaq  mövzusunda bir ünsiyyətə ehtiyacınız varsa, bu addım sizin üçün mükəmməl ola bilər.

4. Bir Çox Məcraya Çatın

E-mail çox faydalıdır lakin potansiyal müştərilərə çatmaq üçün fəqrli məcradan istifadə etmək daha məntiqlidir. Bəzən məktub, e-mailin çata bilmədiyi yerlərə çatır.

5. Müştərilərinizə Verdiyiniz Zamana Sadiq Qalın

Müştəriləriniz ilə danışdığını vaxtdan 5 dəqidə əvvəl gəlməyı vərdiş halına gətirməlisiniz. Görüşə vaxtından əvvəl gəlməyiniz, qarşı tərəfə bu görüşün sizin üçün önəmli olduğunu hiss elətdirir. Buda istər istəməz qarşı tərəfin də görüşü daha ciddi qəbul etməsinə səbəb olur.

6. Xoşbəxt Olun

İnsanlar məhsula  olan etibarıdan başqa məhsula olan münasibəti də önəmli sayır. Heç kim donquldanan birindən nə isə almaq istəməz, yəni özünüzə yaxşılıq edin əgər kefiniz olmayan pis bir gündəsinizsə insanlarla ünsiyyaətə çox girməyin.

7. 9-5 Arası İşləməyi  Düşünməyin

Qərar verən kəslər və iş sahibi olan kəslər, normal işləyənlərdən daha geniş zaman aralıqlarında əlçatan olurlar. İş sonrası və ya bir şənbə günü onlarla ünsiyyətdə olmağa çalışın. E-mail ilə bu günə qədər yaşadığımız təcrübələr göstərir ki; bəzən bir adama çatmaq üçün ən doğru zaman iş saatları xaricindəki zamanlardır.

8. Bir Planınız Olsun

Bir telefon görüşməsi  etmədən əvvəl etmək istədiyiniz və telefon görüşməsindən sonra əldə etmək istədiyiniz nəticə barədə bir plan qurun. Əgər plan qurmadan etsəniz, bəzi şeylərin qaydasında getməmə və dəyərli bir fürsətin qaçma ehtimalı artmış olar.

9. Tez-Tez Bağlantı Qurun

Hədəfinizə çatmaq üçün daim bir strategiyanız olduğuna əmin olun. Varlığınızı xatırlatmadığınız təqdirdə insanların sizi unutmaları çox asan olur. Bir drip marketing(Daha ətraflı burada) kampanyası yaratmağa çalışın. Əgər e-mail yazmağa vaxt tapmaqda çətinlik çəkirsinizsə, bunun üçün ayrı bir gün ayırmağa çalışın; hər həftə ağlınıza gələn bi fəaliyyətdən sə ayda bir dəfə gerçəkləşdirəcəyiniz bir aktivliyiniz olsun.

10. Cavabları Bilirmiş Kimi Etməyin

Əgər bilmirsinizsə, bunu ifadə edin. Müştəriyı, bilirmiş kimi davranmaqdansa bilmədiyinizi amma cavabı tapa biləcəyinizi demək hər zaman daha yaxşıdır. Yanlış məlumatlandırma sadəcə problem yarat cavabı bilirlərsə bu sizin etibarınızı sarsıdar. Heçkim sizdən birşeyi bilməyinizi gpzkəmir və bir məsləhətçi olaraq, insanlara bilmədiyinizi amma onlar cavab tapa biləcəyinizi söyləməlisiniz.

Yazımızı bəyəndinizsə paylaşın daha çox insan görsün.

Share on Google Plus

About Orkhan Rustamov

0 Rəylər :

Post a Comment