Bəli, ətrafda gördüyümüz
loqoların çoxu böyük hərflərdən meydana gəlir; bəli daha güclü görünür! Yaxşı, indiki vaxtda bir brendin loqosundan gözlədiyi təsir həqiqətən yalnız güc ola
bilər mi? Kiçik hərflərin də böyük bir təsiri ola bilərmi? Böyük hərflərin
istifadəsi, onların "avtoritar" xarakteri və prestiji üçün cazibədardır. Amma işlərin funksionallığına baxdığımız zaman böyük hərflər bəzən
lazımi effekti təmin etmir.
Araşdırmalar göstərir ki, kiçik
hərflər eyni zamanda oxuma, əzbərləmə sürətini artırır Oxuma, yazma təhsilinə
kiçik hərflərlə başlayırıq. Gündəlik həyatımızda da, ümumiyyətlə, yazmaq üçün
kiçik hərflərdən istifadə edirik. Bu səbəblə zehinimiz bu yazı tipinə daha çox vərdiş
alır və beləcə böyük hərfləri oxumaq üçün xərclədiyi səyə görə çox daha
az səy sərf edərək oxuma və qəbul etməni asanlaşdırır.
Bəzi böyük hərflərin də bənzərliyi
müzakirəsizdir. Məsələn, P hərfinin B hərfinə çevrilməsi üçün çox şeyə ehtiyac
yoxdur. Bu, F hərfi və E hərfi üçün də keçərlidir. Kiçik hərflər arasında daha
az rast gəlinən bu bənzərliklər oxuma mövzusunda zehin qarışıqlığını azaldır və
qəbulu asanlaşdırır. Böyük hərflərin başqa bir dezavantajı da vizual olaraq çox
xətti olmalarıdır ki, bu da forma qaynaqlıdır. Mətn bir nöqtədə ritm məhrumluğu
səbəbiylə çox darıxdırıcı olmağa başlayır.
Digər tərəfdən isə kiçik hərflər,
mətnlərin silüetleşmesine asanlıq təmin edər və də fotoqrafik yaddaşda oxumağı
yüngülləşdirir.
Daha səmimi :)
Bəzi markalar kiçik hərflərin
digər bir üstünlüyünü olduqca yaxşı istifadə edir. Böyük hərflərin ciddiliyi
yanında kiçik hərflərlə hazırlanmış loqolarda daha çox istilik və səmimiyyət
hissi olur. Xüsusilə, sosial mediada böyük təsiri olan, hətta sosial medianı
yaratmış markaların loqolarında kiçik hərf istifadə etmələrinin da şans əsəri
olduğunu düşünmürük.
Dəyişimə cəsarət etmək
Əlbəttə, sərhədləri nəyin çəkdiyi və dəyişməyə səbəbin nə olduğu naməlum qalsa da, bəzi brendlər böyük
hərflərdən tamamilə kiçik hərflərlə yazılmış loqolara keçməyə cəsarət
edir. Məsələn , Amerikanın ən böyük xidmət təchizatçılarından AT &
T loqosunda dəyişiklik etdi. Bu dəyişmə nəticəsində də daha səmimi, daha cəlbedici, daha əlçatan və
sadə bir loqo əldə etdi Logosunu kiçik hərflərə çevirən
başqa bir dünya nəhəngi isə Pepsi oldu. Pepsinin yeni loqosu daha axıcı, daha
xoş və qətiliklə daha az sıx bir görünüşə qovuşdu.
Bəs qablaşdırma?
Kiçik hərflər bir adın oxunma
və yaddaşda yer əldə etməsini asanlaşdırır, Nəzərə
alsaq ki, bir istehlakçı gündə orta hesabla 1500 brend ilə qarşı-qarşıya qalır və
qabı gözdən keçirmə müddəti saniyənin 15-də biridir, buna görə də müştərini
yormamaq, daha səmimi görünmək üçün loqolarda kiçik hərf istifadəsi daha məqsədəuyğundur.
0 Rəylər :
Post a Comment