Yazılar
Yüklənir...

25 Milyon dollara 2 pizza

25 Milyon Dollara 2 Pizza Almaq


22 May 2010-cu ildə Laszlo Hanyecz adlı bir şəxs, 10.000 bitcoin istifafə edərək 2 ədəd pizza aldı və bu tarixə keçmiş ilk bitcoin əməliyyatıdır. Laszlo bitcoinin bu qədər dəyərlənəcəyini bilsəydi hərhalda belə bir addım atmazdı. O dövrdə təxminən $40 dəyərində olan 10.000 bitcoin bugün təxminən 25 milyon dollardır.
Hanyecz, 2013-cü ildə The New York Timesa verdiyi müsahibədə: “O vaxtlar bitcoin’in bir dəyəri yox idi. Buna görə də onları pizzaya dəyişmək yaxşı fikir idi. Heçkim onun bu qədər dəyərlənəcəyini bilmirdi” demişdi. 2013-cü ildə bitcoinin ən yüksək dəyəri 1.124 dollar idi. Yəni bitcoinin o vaxtki ən yüksək dəyəri, indiki dəyərinin yarısından belə az idi.

Hanyecz’in 10.000 bitcoin ilə aldığı iki pizza 22 May tarixi , hər il  bitcoin istifadəçiləri tərəfindən “Bitcoin Pizza Günü” olaraq qeyd edilir.



Son zamanlar çox dəyər qazanan bitcoin ötən həftə 2.185 dollar səviyyəsinə yüksələrək tarixdəki ən yüksək dəyərinə çatdı. Bu həftə də yüksəliş içində olan bu dijital valyuta dünən 2.750 dollar səviyyəsində idi və rəqəm bitcoinin ən yüksək dəyəridir.

Bitcoin haqqında daha çox və maraqlı məlumatları almaq istəyirsinizsə yazımızı paylaşın, şərh bölməsinə yazın.


Share on Google Plus

About Orkhan Rustamov

0 Rəylər :

Post a Comment