Yazılar
Yüklənir...

Tələbəlik İlləri-Diplomun Dəyəri

Tələbəlik İlləri




Universitet təhsilinin dəyərinin maddi cəhətlə bağlı olması danılmaz faktdır. Aztəminatlı ailələrdən gələnlər üçün universitet xərcləri getdikcə daha böyük əngəllər yaradır. 

Diplomun dəyəri
Image result for graduates diplomas

Universitetə getməyin intellektual və praktiki faydalarından başqa maddi faydası da vardır.
OECD-ə (Organisation for Economic Co-operation and Development) görə universitet diplomuna sahib olan vətəndaşlar olmayanlardan ortalama 55% daha çox pul qazanırlar.Düzgün diploma sahib olan bir məzun ali təhsil almayanlardan yüz minlərlə daha çox dollar qazanma potensialına sahibdir.
Cəmiyyət üçün də böyük faydaları var. Belə ki, 21-ci əsrdə OECD ölkələrinin ÜDM-lərindəki artımın yarısından çoxu universitet məzunlarının gəlir artımından qaynaqlanırdı. ABŞ maaş bilgisi şirkəti PayScale İnc-in araşdırmasına görə maaş baxımdan ən dəyərli diplomlar mühəndislik, kompyuter, riyaziyyat və statisika yönümlü ixtisasların diplomları olacaq.


Diplomun əvəzi

İnkişaf etmiş ölkələrdə(hətta inkişaf etməkdə olan ölkələrin çoxunda) 18 yaşına kimi təhsil(ibtidai və orta təhsil) pulsuz olsa da ali təhsil böyük xərclər tələb edir. OECD ölkələrinin tələbələri universitet üçün ortalama 55000 dollar pul xərcləyirlər. Bu xərclərə təhsil haqları və digər xərclər daxildir.
Ancaq xərcin əsas göstəricisi hansı universitetin seçilməsidir. Məsələn, 2008-2009-cu tədris ilində Skandinaviya, Çexiya, Meksika universitetlərinin təhsil haqları görməzdən gələ bilinəcək qədər kiçik idi. Amma ABŞ-ın dövlət universitetinin tələbələri illik 6000 dollar pul ödəyirdilər ki, bu da digər ölkələrlə müqayisədə olduqca yüksək idi. Amerikadan sonrakı yerləri isə təhsil haqları 3000 dollardan yuxarı olan İngiltərə, Yaponiya, Koreya, Avstraliya , Kanada və Yeni Zelandiya tuturdu.

Digər araşdırmaya görə isə Amerikada təhsil alan bir tələbənin 4 illik tələbəlik dövründə xərclədiyi real miqdar 200000 dollardır. İngiltərədə isə bu rəqəm 120000-dir. 2012-ci ilə əsasən sırf ABŞ-da təhsil alan tələbələrin ortalama borcu təqribi 1 trilyon dollardır.

Ali təhsilin xərcləri

Aşağıdakı listdə ilk 3-ü ən əhəmiyyətlisi olsa da digərləri də gözardı edilməməlidir:
Təhsil haqqı,
Qalmaq yeri,
Yemək,
Təmizlik ləvazimatları,
Kitab dəftər,
Geyim,
Telefon internet,
Boş zaman fəaliyyətləri.



Ömrün ən gözəl illəri

Bəzi insanlar tələbəlik illərini heç cür geridə qoya bilmirlər. Bunlardan biri də 1992-ci ildən bəri 13 universitetin diplomunu almış ABŞ Miçiqanlı Benjamin Bolgerdir. 20-si doktorantura olmaqla, toplam 35 universitet diplomu olan hindistanlı Dr. Hardial Singh Sainbhy kimi adamlar onu geridə qoysalar da çox az qisminin getdiyi təhsil ocaqları Bolgerinkinə çata bilər . İngiltərədə Oxford, Cambridge, ABŞ-da Harvard, Stanford, Columbia, Darhmouth və Brown. Hal hazırda özü universitetlərə müraciət etmək üçün  məsləhətləri verən Bolger Strategic şirkətini idarə edir.






Share on Google Plus

About Zəhra Novruzova

0 Rəylər :

Post a Comment