Yazılar
Yüklənir...

Doğru satışda diqqət edilməli olan nüanslar.

Doğru satışda diqqət edilməli olan nüanslar.


İnsanlarla əlaqələ ilk təəssürat 90% üz və xarici görünüşə baxaraq yaranır. Bu halın satışa təsirindən danışaq.
Statistikaya görə 22 milyon satış iççisinin olduğu Amerikada, ən professional iş görüşmələrində, rədd edilmə səbəblərinin  90% üz ifadəsi və geyim—xarici görünüşdür. İnsan əlaqə və satış uğurunun 90% yenə xarici görünüşlə bağlıdır. Xarici görünüş satışda çox önəmlidir.
Müştəri, mağazanın uyğun olub olmadığını mağazaya girməmiş 10 saniyədə qərar verir ki, bu da  mağaza girişi, mağaza girişi dizaynı çox önəmli psixoloji təsir edir. İçəri girən müştəri mağazaya uyğunlaşma üçün 30-60 saniyə vaxt lazımdır. Girişdə xoş gəldiniz deyən bir işçi ola bilər lakin ilk 30-60 saniyə arasında müştəriyə "yapışmaq" lazım deyil. Müştərilər ortalama 120 saniyə sonra onlara kömək edəcək işçiləri çağırırlar.

Qısası mağazaya girən müştəriyə “sizə necə bişey lazımdı?“ sualı milli bir yanlışdır.

"Xoş gəldiniz" və ya  "salam" dedikdən sonra, "sezon məhsullarımız irəlidə", "davam edən endirimlərimiz qarşıdadır." ... kimi satış ifadələrinin istifadəsi lazımdır. Müştərilər mağazada adətən, saat əqrəbinin əksi istiqamətində gəzirlər. Girişdəki ilk, və ya ən yaxın sağ divar, yeni ya da sezon  məhsullarının məkanı olmalıdır. Müştərilər piştaxtanı soldan sağa doğru incələyir satış işçiləri piştaxtaları buna görə düzməlidirlər. Girişdə sağa ən çox satılması istənilən məhsul qoyulur ki müştəri ilk onları görür. Pərakəndə satışçıların ortalama 75% soruşulan sualların cavabını bilmirlər. "Müştərilər niyə bizi seçsin?" ya da "Niyə bizim məhsulumuzu alsınlar?" sualının cavabı əvvəlcədən bilinməlidir çünki bu sual satışın qəlbidir. Bu suala cavab 30 saniyədə verilməlidir. 

Share on Google Plus

About Orkhan Rustamov

0 Rəylər :

Post a Comment