Niş marketinqin tətbiqi üçün lazımi şərtlər hansılardır?
- Fəaliyyət göstəriləcək coğrafiya, uyğun paylama kanalı üzvləri, hədəf müştərilərin satın alma motivləri, bazara girmək üçün tətbiq oluna biləcək əhəmiyyətli strateji nöqtələr seçilməli,
- Rəqiblərin hədəf və strategiyalarını anlaya bilmək üçün keçmişdə bazara yeni girən rəqiblərinə qarşı necə bir siyasətlə mübarizə etdikləri öyrənilməli,
- Bazara girmək üçün texnologiya baxımdan hazır olub-olmadığı müəyyənləşdirilməli,
- Firmanın qabiliyyətləri və rəqabət edə biləcəyi güclü olduğu sahələr təyin olunmalı,
- Üst rəhbərlik şirkətin strategiyasını bütün şirkətə izah etməli və mənimsətməli,
- Niş bazara girmədən əvvəl marketinq araşdırması edərək əldə edilən nəticələrə uyğun bir şəkildə marketinq qarışığı inkişaf etdirilməli,
- Xüsusi bazar hissələrinin yaratdığı tələb kafi olmalı,
- Xüsusi bazar bölümləri böyümə potensialına sahib olmalı,
- Başlıca rəqiblər bu sahə barədə tez xəbər tutmamalı,
- Müəssisənin ustalıq, bacarıq və təcrübəliliyi bu bazar hissələrinə kafi xidməti verməyə əlverişli olmalı,
- Müəssisə ortaya çıxa biləcək rəqabəti qarşısını ala biləcək gücdə olmalıdır.
Niş bazara nüfuz edərkən nələrə fikir verilməlidir?
Tətbiq Pillələri:
- Mövcud müştəri bazası və bazarın xaricində hələ də xidmət göstərən mövcud bazar imkanları araşdırılaraq bir bazar hissəsi və / və ya hissələri seçilir,
- İnkişaf etməkdə olan bazarlar və onların marketinq trendləri araşdırılır,
- Xidmət göstərilən bazar nişiyle əlaqədar olaraq yayınlardakı inkişaflar davamlı olaraq izlənilir,
- Firmanın mallarına / xidmətlərinə ən çox maraq göstərən, satın alan və / və ya satın alma meyli olan müştəri qrupları, onların xüsusi istəkləri və ehtiyacları marketinq araşdırması yolu ilə müəyyən edilir,
- Mövcud və potensial müştərilər, müəyyən təməl davranışları göz önünə alınaraq qruplandırılır,
- Mətbuat və nəşr vasitəsilə birbaşa marketinq kampaniyaları və tutundurma fəaliyyətləri təşkil edilir,
- İstehsal edilən malın / xidmətin hədəf kütləsinə daha yaxşı çata bilməsi üçün lazımdırsa mesaj və media vasitəsi dəyişdirilir,
- Bazarda fəaliyyət göstərilməyən əhəmiyyətli bir başqa nişin ehtiyaclarını qarşılamaq üçün, istehsal edilən mal / xidmət yenidən nəzərdən keçirilərək, bu hədəf kütləyə uyğun gəlməsi üçün də üzərində dəyişikliklər edilə bilər.
Niç bazarlar niyə karlıdır?
Niç bazarlarının karlı olmasına səbəb olan amillər aşağıdakılardır:
Xüsusi bazar hissəsi xüsusi və fərqli istək ilə ehtiyac və arzu deməkdir. Bu da yüksək qiymətə, yəni qazanclılığa imkan verir.
- Sifariş üzərinə iş imkanı təmin etdiyindən maliyyə və fond xərclərinə qənaət etməyə imkan verir.
- Niş marketinqin zəif tərəfi, ani dəyişikliklərə qarşı riskli olmasıdır. Bu strateji coğrafi səviyyədə, müəyyən mallarda, malların müəyyən xüsusiyyətlərində ya da istehlakçı qrupları üzərində mütəxəssisləşərək tətbiq edilir.
0 Rəylər :
Post a Comment