Seiko, Steve Jobsun İstifadə Etdiyi Chariot Seriya Saatlari Yenidən Bazara Çıxarır
Yapon saat istehsalçısı Seiko, limitli sayda Chariot seriya saatlardan satmqk üçün Tokyo bazalı Nano Universe ilə iş birliyinə girir. Chariotu bu qədər xüsusi edən şey isə Apple deyiləndə ağla ilk gələnlərdən biri olan Steve Jobsun 1984-cü ildə çəkilən şəkillərinin birində bu saatı taxmasıdır. Hətta bu şəkil, daha sonralar məşhur Time jurnalının üz qabığında çıxdı. Steve Jobsun qucağında bir Macintosh ilə çəkilən şəkil, Appleın ən kritik dövrlərində Jobsun rəmzi fotolarından biri sayılır.
Steve Jobsa ait olan Seiko Chariot saat, 2016-cı ilin fevralında 42.500 dollara satıldı. İndi Seiko, Jobsun da istifadə etdiyi Chariot seriya saatları yenidən bazara çıxarır. Saatın original 33 mm ölçüsündəki yeni versiyası ilə birlikdə, daha böyük olan 37,5 mm ölçüsündə də bir versiyası da satışa çıxarılacaq. Lakin bu saatlar limitli sayda olacaq. 1.982 ədət ağ, 300 adet ise qara rəngdə Seiko Chariot satışa çıxacaq. 10 Martda satışa çıxacaq olan saatın satış qiyməti 20.000 yapon yeni, yəni təxminən 310 manat olacaq. Bu saatlar, sadəcə Yaponyada satışa çıxacaq.
0 Rəylər :
Post a Comment