Böyük Markaların İstifadə Etdiyi 7 Yaradıcı Marketinq Taktikası
Markalar, məhsullarını daha çox insanın diqqətini cəlb etməsi üçün müxtəlif marketinq taktikalarından istifadə edirlər. Tətbiq edilən marketinq taktikası nə qədər uğurlu olarsa o markanın satışı və nüfuzu daha da artar. Bəzi markalar isə elə yaradıcı(creative) marketinq taktikalarından istifadə edirlər ki, bu markaların bazarda zirvədə olmasına səbəb olur. Bəzi bu tipli taktikaları sizə təqdim edirik.
Red Bull
Red Bullun istehsalçıları, rəqiblərin önünə keçmək üçün çox maraqlı üsul istifadə etdi. Enerji içkisinin qiymətini, rəqib enerji içkilərinin qiymətinin 2 qatı olan Red Bull, bununla belə pərakəndə şirkətlərindən mağazalarının içki bölməsindən başqa bir yerdə satılmasını istədi.
Game of Thrones
HBO kanalı, Game of Thrones’un üçüncü sezonunun reklamını etmək üçün jurnal üz qabığı və qazert kimi müxtəlif yerlərdə bir əjdaha kölgəsindən istifadə etdi. Hətta bu əjdəha kölgəsini binalara da yansıtdı.
Marlboro
Əvvəllər Marlboro, müştərilərinin siqaret qutularını ciblərindən çıxarmadan qutudan siqaret götürə bildiklərini gördü, bu da digər insanların siqaretin markasını görməmələri mənasına gəlirdi. Bundan sonra şirkət, insanların siqaret götürmək üçün qutunu ciblərindən çıxarmasını lazım edən qabaqlı kardon qutularda satışına başladı
IKEA
IKEA mağazalarındakı, koridorların uzun ve qıvrımlı olmasının bir səbəbi var. Şirkət, bu yolla müştərlərin satışda olan hər məhsulu ən az 3 dəfə birneçə fərqli görmə bucağı ilə görməsini hədəfləyir. Bu, müştərinin o məhsula çox ehtiyacı olmasa belə, şüuraltında bu məhsulu almaq istəyi yaradır.
Harley Davidson
Harley Davidson şirkəti logolarını dövmə edən insanlara endirim edəcəklərini açıqlamışdı. Bu endirimdən sonra şirkətin logosu insanların dövməsinə çevrilərək populyarlıq qazandı.
Qadınlar və Kişilər üçün ülgüc
Bazar araşdıran reklamçılar, qadınların və kişilərin fərqli alış vərdişləri olduqları qənaətinə gəldilər. Bununla belə araşdırma sonunda, qadınların gözəllik məhsullarına daha çox pul xərcləməyə meyilli olduqları təsdiq olundu. Eyni məhsulun kişi və qadın üçün çox ciddi fərqi olmayan(rəng fərqi) qiymətləri arasındakı fərq yaradır. Ülgüc bunun sadəcə bir nümunəsidir.
Starbucks
Bir vaxtlar özünü “Starbucks olmayan” olaraq tanıdan bir kofe mağazası zənciri ortaya çıxdı. Bu kofe mağazası; fərqli mebellər, fərqli musiqi, fərqli bir aura və fərqli bir servise sahib idi. Daha sonra Starbucks, bu kofe mağazası zəncirini satın aldı və satın aldığı şirkətin qəhvə mağazalarında “Starbucks olmama” daha aqressif şəkildə davam etdirdi. Bu vəziyyət, ikisi də Starbucksa aid olan iki fərqli konseptə sahib qəhvə mağazaları zənciri arasında rəqabəti gücləndirdi və daha çox qəhvə sevənlərin pulunu şirkətə qazandırdı.
0 Rəylər :
Post a Comment