Facebook, Reklamları İstifadəçilərə göstərərkən Necə Qərar Verir?
Sosial Media Marketinqinin ən önəmli saytlarından biri olan Facebook, bir çox ölkələrdə milyonlarla istifadəçi sayına görə rəqəmsal marketinq dünyasının diqqətini çəkməkdə davam edir. Reklamları daha təsirli istifadə edə bilmək üçün Facebook reklamlarının necə təqdim olunmasını bilmək SMM mütəxəssislərinin diqqət etməli olduğu ən önəmli addımlardan biridir.
İstifadəçinin Facebook Hərəkətləri
- İstifadəçinin vəziyyət yenilikləri,
- Bəyənmiş olduğu səhifələrdə məzmunlar,
- İstifadəçinin oynamış olduğu oyunlar,
- Ziyarətçinin paylaşımları
Facebook hərəkətləri reklam müəyyən etməkdə müəyyən rol oynayır. Yuxarıdakı maddələrdə iştirak edən məzmunlarla, göstəriləcək reklam arasındakı əlaqə ölçülərək, digər meyarların uyğunluğu da təmin edilsə, əlaqəli reklamlar istifadəçilərə göstərilməyə başlayacaqdır.
Bir çox istifadəçi görmək istəmədiyi reklamların Facebook tərəfindən göstərilməsindən narahat olduqda, Facebook reklamların üzərinə kiçik x (bağla) simvolunu əlavə edərək istifadəçilərdən bildirişlər toplamağa başlamışdı. Bu bildirişlər də reklam göstərmə meyarlarında Facebook tərəfindən istifadə edilir.
Reklam verənlər və Üçüncü tərəflərdən alınan məlumatlar
Facebook və digər sosial media marketinq, axtarış marketing, internet marketing vasitəsilə saytlarına çatanlar haqqında reklam verənlər bir verilənlər bazası tutmaqdadır. Burada istifadəçilərin görmək istədikləri və görmək istəmədikləri reklam kateqoriyaları ayıran bir sıra işlər görüldükdən sonra, daha məhsuldar reklamlar meydana gəlməsi məqsədiylə, Facebook, Twitter kimi sosial media reklam yayımı edən şirkətlərə, reklam verənlər tərəfindən çatdırılır. Bu məlumat axışı əsnasında ziyarətçilərin fərdi məlumatları toplanmır. Məqsəd, ziyarətçinin hansı reklam üçün əlaqəsinin nə qədər olduğunu ölçmək və daha hədəfə yaxın reklam təqdimatlarını reallaşdırmaqdır.
Facebook Istifadəçilərinə Hansı növ Reklamlar göstərir?
Facebook sosial media marketinq sahəsinə girəcək başlıca iki cür reklam nümayişini istifadə edir:
1. Əlaqəli Reklamlar
İstifadəçinin maraqlanmış olduğu sahələr, Facebook tərəfindən davamlı təqib edilməkdə və qeydə alınmaqdadır. Facebook reklam məzmunu ilə istifadəçinin məlumatları arasındakı əlaqə səviyyəsini ölçərək, əlaqədar reklam hissəsindəki təqdimatları həyata keçirir.
2. Sponsorlu Xəbərlər
İstifadəçi bir səhifəni bəyəndikdən sonra ortaya çıxan reklamların daha çox adam tərəfindən bəyənilməsi reklam verənlərin sponsor olması təmin edilir.
Məsələn, bir şirkətin Facebook səhifəsini istifadəçi bəyəndikdə, şirkət bu xəbərin daha çox Facebook istifadəçisinə çatması üçün, bəyənən adamın yoldaşlarının xəbər qaynağında görünməsi üçün ödəniş ödəyərək xəbərə sponsor olmasını təmin edir.
0 Rəylər :
Post a Comment