Tesla, Maşınlarına Ömürlük Sığorta və Servis Xidməti Təklif Etməyə Hazırlaşır!
Tesla şirkəti, istehsal etdiyi maşınları almağı düşünənlər üçün sevindirivi bir xəbər paylaşdı. Xəbərə görə şirkət, satdığı maşınlarla birlikdə ömürlük sığorta və servis xidməti təklif etməyə hazırlaşır. Lakin bu xidmət yanlız ilk sahib üçün olacaq. Əslində, şirkət bu fikri Asiya bazarında həyata keçirdi. Asiyada şirkətin maşınları, maşınların standart xərclərinin ödəndiyi bir paket halında müştərilərə təqdim edilir. Şirkətin planı isə bu xidməti bütün dünyadaki Tesla müştərilərinə təqdim etməkdir.
Bununla belə şirkətin həmtəsisçisi və CEO’su Elon Musk, maşınların sığortalarının şirkət tərəfindən ödənilməsinin, sığorta şirkətlərini tamamilə yox etmək istiqamətində olmadığını bildirdi. Şirket, sığorta işi üçün sığorta şirkətləri ilə razılaşmağı planlayır. Lakin Elon Musk, sığorta şirkətlərinin maşının riski ilə mütənasib bir təklif vermədikləri halda, sığorta işini şirkət daxilində həll edəcəklərini bildirdi.
Teslanın maşınlarının sığortalarını ödəmə kimi bir işə girişməsinin səbəbi, maşınlarının təhlükəsizlik testlərində uğurlu olmasıdır. Tesla maşınları, indiyə qədər bəzi qəzalar keçirsələrdə ümumi götürdükdə qəzaları öncədən təxmin etmək və qarşısını almaq baxımından olduqca uğurludur(Tesla maşınlarında qəzanı əvvəlcədən təxmin edib siqnal verən xüsusi mexanizmdən istifadə edir). Hətta ötən aylarda Niderlandda autopilot rejimində hərəkətdə olan Tesla avtomobili, irəlidə baş verəcək qəzanı təxmin edərək sürəti aşağı salmış və qəzadan yan keçmişdi.(video)
0 Rəylər :
Post a Comment