Rəqəmsal Marketinqə Necə Başlamalı?
Müəssisələr, rəqəmsal marketinqə başlayanda Facebook‘da bir səhifə açıb, biraz da reklam verərək işi həll edəcəklərini düşünürlər. Lakin nəticə ala bilmək üçün mütləq bir strategiyanız olmalıdır.
Bu strategiyaların ən vacibi isə, rəqəmsal marketinqə ayrılacaq zaman və büdcənin doğru yerlərdə istifadə etməkdir. Əgər müəssisələr rəqəmsal dünya ilə tanışmaq istəyirsə, aşağıda qeyd etdiyimiz addımlarla giriş edə bilərlər.
1. Sadə lakin faydalı bir bloq yaradın.
Blog sahibi olmaq çox fərqli və ya çətin bir şey deyil. Bir çox markanın və internet istifadəçilərinin artıq bloq səhifələri var. İşı bloqla səhifə qurmaqla başlayın. Bir çox yeni təşəbbüskar, həyəcanla bloqlar yazmağa başlayır. Ancaq başda istədikləri oxunma sayına çatmadıqda bloq yazmağı dayandırırlar. Həttə böyük markalarda belə aktual olmayan bloqlara rast gəlmək mümkündür. Bunun qarşısını almaq üçün bloq yazarkən yazmaq üçün yazmayın.
Blogunuzda məhsul və ya servislə bağlı müştərilərinizə maraqlı olacaq ya da soruşa biləcəyi sualları yayımlay. Müştərilərinizdən ən çox hansı şikayətləri alırsınız? Hansı təriflər? Müştərilərinizin sizə göndərdiyi təkliflər də maraqlı olacaq. Əhəmiyyətli olan müştərilərinizə dəyərli bir məzmun təqdim etməkdir.
Blogunuzda şirkətinizlə əlaqəli elanlara da yer verin. Sektorla əlaqəli mütəxəssislərin yazılarını, məhsulunuzun ilgili uzman yazıları, məhsulunuzun və ya servisinizin həll etdiyi problemlərdən yaza bilərsiniz. Beləcə istifadəçiləriniz və sosial məcralar üçün keyfiyyətli məzmunlar olacaq. Səbrlə davamlı olaraq blog yazmağa davam edin. Günün sonunda bu bir şirkət mədəniyyəti halına gələcəkj və müştəriləriniz blogunuzdan faydalanmağa başlayacaqlar. Bloq yazmaq istəyənlər üçün wordpress və ya blogger platformalarını məsləhət görürük dünyada hər 4 saytdan biri bloggerdə hazırlanır.
2. Sosial mediadakı bütün məcraları tanıyın, amma hamsında yer almayın
Yuxarıda da beldirdiyimiz kimi, əsas olan dəyər yarada bilməkdir. Əgər sizin müştəriləriniz Pinterest’də yoxdursa, boş yerə ordada vaxt itirməyinizin də mənası yoxdur. Prioritetinizi təyin edin. ‘Ən büyük məcralarda mütləq mən də olmalıyam!‘ çox doğru bir fikir olmaya bilər. Hədəf kütləniz haradır? Hədəf kütləniz hansı məcraları aktif istifadə edir? İstifadə etdiyi məcralardan ən aktif olduğu hansıdır? Bu sualların cavablarına görə aktiv olacağınız sosial məcraları təyin edib, keyfiyyətli məzmun yaratmağa başlayın.
"Doğru yerdə, doğru insanlara, doğru şeylər paylaşın."
3. Google’ı əsla qəzəbləndirməyin
İnternetdə iş qurmaq istəyən bir təşəbbüskarın başına gələ biləcək ən pis şey Google silsiləsindən çıxarılmaqdır. Təəssüfki bu işə girişən bir çox təşəbbüskar, məlumatsızlıqdan yaxud saxtakarlar tərəfindən aldadılaraq spam linkləri alırlar. Bir çox təşəbbüsdə -büyük şirkətlərdə belə- ‘Google’da ən üst sırada olmaq istəyirik.’ sözü mütləq danışılır. Bu, zənn edildiyi qədər asan və dünya nəhəngi olan Google aldada biləcəyiniz bir iş deyil. Əgər bu mövzuda bir şeylər etmək istəyirsinizdə SEO ilə bağlı olacaq gələcək yazımızı mütləq oxuyun.(yazılarımıza abunə ola bilərsiniz)
Google tərəfini və rəqəmsal marketinqi yaxşılaşdıracaq daha çox yol var. Bu səbəbdən də bu tip spam işlərinə girmək, çox təməlsiz bir risk olacaq. Blogunuzu açın, doğru sosial platformlarda keyfiyyətli məzmunlar paylaşmağa başlayın və rəqəmsala giriş edin. İşlır yolunda getsə və ya bir mütəxəssis işə alaraq işlərinizi daha yuxarı apara bilərsiniz.
0 Rəylər :
Post a Comment