Cross Selling (Çarpaz Satış) Nədir?
Çarpaz Satış: şirkətlərin istehlakçıların satın aldıqları məhsulun yanında tamamlayıcı bir məhsud daha onlara sataraq satışlarını artırmalarına səbəb olan bir satış taktikasıdır.
Satın aldığınız məhsulun yanında, o məhsul ilə əlaqəli başqa bir məhsulun sizə təklif olunması çarpaz satış üsuludur. Məsələn mağazadan mobil telefon aldığınız zaman sizə ona case(qab) yaxud ekran qoruyucu şüşə üzlük və ya başqa bir aksesuar təklif olunaraq sizə daha çox məhsul satmaq istəyirlər və ya fast food restoranında bir kartof qızartması alsanız yanında ketçup və ya mayonez təklif ediləcək ki, buna çarpaz satış deyilir.

"You may also like..."
E-ticarət saytlarında da çarpaz satış istifadə edilir. Bir məhsula baxdığımızda və ya satın alma qərarı verərək səbətə əlavə etdiyimizdıə, saytın sistemi sizə “bu məhsulu alanlar bunu da aldılar” yazaraq aldığınız məhsula uyğun olan alternetiv məhsulları təklif edərək satışlarını artıraraq sizə daha çox şey artırmağa çalışırlar və ya bunu müəyyən məbləğdə alış veriş etsəniz karqo(çatdırılma) pulsuz olacağı təklif olunur ki bu da sizi daha çox məhsul almağa vadar edir..
Çarpaz satışda nəyə diqqət etməli?
Çarpaz satış edərkən diqqət etməli olduğunuz şeylərdən biri də, satın almağa qərar verilən məhsulla əlaqəli doğru məhsulları müştərinin önünə çıxarmaqdır. Doğru məhsullarımn, doğru zamanda təklif olunması; müştərinin diqqətini çəkib, ona daha çox məhsul satmaq ehtimalınızı artırır.
Satın alma qərarı verən bir müştəridən daha çox qazanc əldə etmək üçün, çarpaz satış taktikası ilə məhsul təklif edərkən, həddindən artıq israr etməyin. Müştərinizə satın aldığı məhsulun aksesuarlarını və ya məhsulla əlaqəli başqa bir məhsulu təklif etdiyinizdə bunu qəbul etmə və alma ehtimalı yüksəkdir. Çox israr etsəniz potansial müştəriniz satın alma qərarı verdiyi məhsuldan belə imtina edə bilər.
Çarpaz satış ilə satışlarınızı artıra bilərsiniz, daha çox qazanc əldə edə bilərsiniz, müştəri qazana bilərsiniz əgər bu satış taktikasını düzgün istifadə etsəniz.
gələcək yazılarımızda satış taktikaları barədə geniş məqalə oxuya bilərsiniz. abunə olaraq yazılarımızı mailinizdə görə bilərsiniz. Yazını bəyəndinizsə paylaşın daha çox insan görsün.
0 Rəylər :
Post a Comment