Yazılar
Yüklənir...

Uğurlu sosial media marketinqi necə qurular?

Uğurlu sosial media marketinqi necə qurular?


Sosial mediada edilən hər bir fəaliyyət (bəyənmək, rəy, tweet atmaq, son zamanlar buna live video da əlavə edə bilərik) sosial media marketinq planı içərisində yer alır. Yəni hər bir tweetin, bəyənmənin, rəyin plan daxilində olması lazımdır. Hər nə qədər qarışıq görünsə də sosial media marketinq planlaması üçün zaman ayrıldığında bütün ediləcək fəaliyyətlər özü-özünə həyata keçəcək.
Sosial media strategiyası üçün hədəflər, strategiyalar, müvəffəqiyyət meyarları ve ehtimallar daxilində böhranda idarəetmə planları olmalıdır. Əgər bu cür meyarlar yoxdursa, sosial media əlaqəsinin bir mənası qalmayacaq. Ola biləcək vəziyyətlərdə stratejik dəyişiklikləri də bu hədəflər istiqamətində həyata keçirmək lazımdır ki, çəkilən əziyyətin qarşılığını (həm maddi, həm mənəvi) bu şəkildə geri almaq olsun. Hədəflər təyin edildikdən sonra marketinq planı hazırlanmalıdır.
Plan nə qədər  mərkəzli olarsa, tətbiq etmək də o qədər rahat olacaq. Plan fəaliyyət təqvimi müəyyən edəcək, həm də sosial media marketinq planının uğurlu yoxsa uğursuz olduğunu görünməyinə kömək edəcək.
İkinci addım, sosial media marketinq planı daxilində hədəf kütlə təyin etməkdən başqa, satış və promotion(reklam) çalışmaları ilə əlaqəli də hədəf olmalıdır. Qurulan  strategiya çərçivəsində marka ilə əlaqəli çalışmalarda necə bir satış qrafikinə çatmağın hədəfləndiyi, neçə insana çatmağı hədəfləndiyi və bu müddətdə xərclənilən pul və zamanla əlaqəli hədəflərin olması lazımdır. Bu, həm daha görülən işin çoxu üçün qaynaq xərclərinə əngəl olur və daha çox qənaətə sövq edir, həm də sonraki, addımları görmək üçün kömək olur.

"Müştərinizi əgər gerçək dünyada narazı etsəniz, şikayətini 6 nəfərə deyər, onları sosial aləmdə narazı salsanız bunu 6.000 nəfərə deyər"
Jeff Bozos – Amazon.com-un Ceo-su



Üçüncü addım rəqiblərin və müştərilərin hesablarını yoxlamaqdır. Sosial mediada qalmağın ən böyük səbəblərindən biri də həm müştərilərin, həm də rəqiblərin bu platformalarda aktiv olmalarıdır. Buna görə də sosial media marketinq planı qurarkən həm müştərilərin həm də rəqiblərin profillərinin və sosial media hesablarının göz önündə olması işi asanlaşdırır. Rəqiblərin necə paylaşımlar etdikləri və müştərilərin hansı növ paylaşımları bəyəndikləri çox önəmli göstəricidir. Beləliklə, həm öz, həm də rəqiblərdən fərqləndirə bilər, həm də müştərinin gözləntilərini qarşılaya biləcək məhsul və servis təklif edilə bilər.


Dördüncü addım məzmun, planlama və təqvimi yaratmaqdan əmələ gəlir. Sosial mediada uğurlu olmaq üçün ünsürlərdən biri də mükəmməl məzmun yaratmaqdır. Sosial media marketinq planı məzmun planı da olmalıdır.

Məzmun marketinq planı aşağıdakı suallara cavab verməlidir;

  • Hansı cür məzmun paylaşacaqsınız?
  • Hansı aralıqlarla məzmun paylaşacaqsınız?
  • Hər bir məzmun üçün hədəf seqmentiniz nə olacaq?
  • Məzmunları kim yaradacaq?
  • Məzmunların paylaşımını necə edəcəksiniz?

Məzmun təqvimini sosial media çalışmalarında istifadə edilən blog yazıları, facebook və twitter paylaşımları təyin edir. 
Məzmun təqvimi hər bir sosial media platform məqsədi ilə üst-üstə düşdüyünə əmin olunmalıdır. Məsələn, Facebook profilindəki paylaşımları ilə satışları artırmaq hədəflənirsə, bu istiqamətdə paylaşımlar edilməlidir. Satışların artırılması İnstagram üzərində hədəf kütləsi toplamalıdır. 
Son olaraq sosial media marketinq strategiyasının qurmağın ən yaxşı üsulu davamlı olaraq oxşar hesablara nəzər yetirməkdir. Hansı platformun daha uğurlu olduğuna və hansı məzmunun paylaşılmağı hədəfləndiyini görmək üçün müxtəlif növ analizlər aparılmalıdır. Müştərilərə anket yolu ilə sosial media marketinq çalışmaları haqqında suallar verilməlidir. Eyni zamanda müştərilərin etmiş olduqları satın almalarda sosial medianın təsiri də soruşularaq bu nəticələr dəyərləndirilməlidir.
Sosial meda platformaları durmadan inkişaf edir və dəyişir. Hər gün yeni funksiyalar əlavə olunur. Bu dəyişikliklərin də sosial media marketinq planlarına əlavə edilməsi lazımlı ola bilər və bu əlavələrlə hədəfləriniz də bu istiqamətdə yenidən gözdən keçirilməlidir.

Yazımızı bəyəndinizsə paylaşın daha çox insan görsün. Səhifəmizə abunə olmağı unutmayın.

Share on Google Plus

About Orkhan Rustamov

0 Rəylər :

Post a Comment