Texnologiyanın yaratdığı hər yeni sıçrayış bir başlanğıca və sona sahibdir, yəni yeni texnologiyalar bioloji orqanizmlər kimi doğulur və ölür. 1980-ci illərin əvvəlində meydana çıxan fərdi kompyuterlər böyük texnoloji sıçramaya yol açdı. Bu gün həyatımızı idarə edən texnologiyaların çoxunu fərdi kompyuterlərə borcluyuq. Amma fərdi kompyuterlərin yüksəlişinə çoxdan son qoyulub, hətta bəlkə bu kompyuterlər gündəlik həyatımızdan çıxacaqlar.
Sıradan insanların gündəlik həyatında işğal etdikləri yeri isə tərk etməyə başladılar. Şəxsi kompyuter kateqoriyasındakı məhsullardan masa üstü kompyuterlər xüsusilə evlərdə yerlərini yenə bu kateqoriyadakı dizüstü cihazlara verdi. İş yerlərindəki ofis masalarında belə masaüstü kompyuterlərdən çox dizüstü istifadə edilir. ancaq onların aqibəti də masaüstü cihazların sonu kimi olacaq.
Gündəlik həyatda ağıllı telefonların istifadəsi getdikcə ağırlıq qazanarkən, fərdi kompyuterlərin istifadə çevrəsi olduqca daraldı. Əlbəttə fərdi kompyuterlərin tamamilə yox olacağını söyləyə bilmərik. Ancaq çox dar bir çevrədə istifadə olunacaqlar. Buna qarşılıq olaraq ağıllı telefon və tablet kimi cihazlar daha çox istifadə sahəsinə sahib olurlar.
Gündəlik həyatda ağıllı telefonların istifadəsi getdikcə ağırlıq qazanarkən, fərdi kompyuterlərin istifadə çevrəsi olduqca daraldı. Əlbəttə fərdi kompyuterlərin tamamilə yox olacağını söyləyə bilmərik. Ancaq çox dar bir çevrədə istifadə olunacaqlar. Buna qarşılıq olaraq ağıllı telefon və tablet kimi cihazlar daha çox istifadə sahəsinə sahib olurlar.
Ağıllı telefon və tabletlər həyatımızda gedərək daha çox yer tutmağa başlamışkən mütəxəssislər indidən bu ağıllı mobil cihazların ömürlərinin sonunu nəzərdə tutmağa başlayıblar. Bəlkə də düşündüyümüzdən çox daha yaxın
bir gələcəkdə, bu gün çoxumuzun həyatında olmazsa olmaz bir yer tutan ağıllı telefonlar aradan qalxacaq.
Yalnız Apple-ın ağıllı telefonlardan əldə edəcəyi gəlirin bu il 1 trilyon dolları keçməsi gözlənilir. Belə böyük bir bazarın sona yaxınlaşdığını söyləmək böyük bir iddiadır ...
Microsoftun virtual reallıq(VR-bu barədə əvvəlki yazılarımızda məlumat vermişik- http://marktictac.blogspot.com/2017/07/vr-v-marketinq.html ) texnologiyası HoloLens-in icadçısı Alex Kipman,
Bloomberg-ə verdiyi müsahibədə bu iddianı gündəmə gətirdi.
Kipman, "Ağıllı telefonlar çoxdan öldü, yalnız insanlar hələ bunun fərqində deyil " deyərək böyük bir müzakirəni başlatdı.
Həqiqətən də ağıllı telefonlar ömrünü tamamlamaq üzrədirmi? Iddianın, virtual həqiqət üzərində çalışan bir texnologiya mütəxəssisindən gəlməsi, bu mobil cihazları təhdid edən texnologiyanın nə olacağının ipuclarını verir.
Bu gün artıq ağıllı mobil cihazlara əlavə olunan texnoloji xüsusiyyətlər, çoxumuzun istifadə tutumunun üzərindədir. Bu cihazların sahib olduqları xüsusiyyətlərin az qismini təsirli bir şəkildə istifadə edə bilirik. Buna baxmayaraq istehsalçılar, yeni xüsusiyyətləri bu cihazlara doldurmağa davam edirlər. İnsanın ağlına istər istəməz "Daha nə qədər xüsusiyyət, ya da funksiya bu cihazlara əlavə edilə bilər? "sualı gəlir.
Üstəlik texnoloji inkişaf və rəqabət üzündən köhnədən bahalı telefonlara məxsus olan çox funksiya, ucuz cihazlara da yayılmağa başladı. Yəni, texnoloji inkişaf bir doyum nöqtəsinə çatmaq üzrədir. Bu vəziyyət istər-istəməz sektor professionallarında, "Sonamı yaxınlaşırıq?"sualını doğurur.
Əgər ağıllı mobil cihazlar artıq pul qazandıran bir sektor olmaqdan çıxarsa, deməli, yerini yeni texnologiyalara verməsinin zamanı gəlmişdir. Beləliklə, bu nöqtədə uzaqgörənlik də virtual reallıq üzərində sıxlaşır. virtual reallıq eynəkləri əgər ağıllı mobil cihazların yerini alarsa, əllərimiz də azad qalmış olacaq.
Çox vaxt iki əlimizi də məşğul edən, düzgün bir vizuallıq üçün gedərək böyüyən ekranlarıyla ovucumuzu örtən, iki əlimizlə istifadə edə bildiyimiz ağıllı telefonlar yerinə əllərimizi məşğul etmədən, görərək, duyaraq və danışaraq ünsiyyət qurmaq və paylaşmada olmaq, virtual reallığın gətirdiyi böyük bir üstünlükdür.
Texnologiya aləminin dahilərindən biri olan Elon Musk virtual reallıq eynəklərindən daha üstün texnologiyalara liderlik etməkdə qərarlıdır. İnsan beyninə implantasiya taxmağı planlaşdıran Musk, "Neuralink" adlı bir medikal şirkəti qurdu. Musk'ın planları reallaşsa, insan beyni ilə maşınlar arasında ünsiyyət quracaq, beynə yerləşdiriləcək bir interfeys həm insan zəkasının çox üst səviyyəyə çıxmasını təmin edəcək, həm də ünsiyyətə yeni ölçülər qazandıracaq.
Fantastik filmlərdə gördüyümüz bu cür texnologiyaların həyata keçməsi vəziyyətində 10 il əvvəl xəyal belə edə bilmədiyimiz, bu gün isə hamımızın əllərindən düşməyən ağıllı mobil cihazlar həqiqətən də çox primitiv bir texnologiya olaraq qalacaq.
0 Rəylər :
Post a Comment