Yazılar
Yüklənir...

Güldürən Reklam Yoluxucudur!

Güldürən Reklam Yoluxucudur!Image result for make smile in consumers

Bəzisinə görə ən asanı, bəzisinə görə isə ən yaradıcı reklam seçimi güldürən reklamdır. Bir çoxuna görə isə qəti işə yarayan bir strategiyadır güldürən reklamlar. İstehlakçı güldürülərək, əyləndirilərək maraqlarını o markaya yönəldir və ən nəhayət o markanın məhsulunu satın alma qərarına gəlir.
Əyləncə üzərində qurulmuş reklam, reklamçılıq tarixi qədər köhnə tarixə malikdir, ancaq onun reklam strategiyası halına gəlişinin başlanğıcını müasir cəmiyyətdən postmodern cəmiyyətə keçid ilə ifadə etmək daha məqsədə uyğundur. Rasionallıqdan çox duyğularına, həzlərinə daha çox qulaq verməyə başlayan istehlakçılar, bu davranışlarını satın alma qərarlarında da göstərməyə başladı. Yaxşı, reklamçını və markanı "güldürən reklam" a itələyən səbəblər nədir?
Xüsusilə, bu dövrdə istehlakçılara bir mesajı çatdırmaq düşündüyümüz qədər asan iş deyil. Bu səbəblə bir reklamçı üçün əsas problem "istehlakçının diqqətini necə çəkə bilərəm?" sualını cavablandırmaqdır. Ardından isə marağın davamlılığı əhəmiyyət qazanar ki, maraq çəkməkdən daha əhəmiyyətlidir.
İçərisində zəka parıltıları olan, yaradıcı və fərqli bir işlə üzləri gülümsədən reklamlar daha çox izləmə istəyi doğurur və ağızdan ağıza yayılaraq satışın artmasında böyük rol oynayır.
Güldürən reklamların dövrlərindən də bəhs etmək lazımdır. Soyuq qış günlərində, həm yerli, həm qlobal hüzn verən reklamlardan fərqli olaraq havaların istiləşməsi ilə , insanların özünü daha müsbət hiss etdikləri, tətil motivasiyasında olduqları aylarda istehlakçını əyləncəli reklam a baxmağa sövq etmək daha səmərəlidir.

Bəs güldürən reklam markaya nələr qatır? Güldürən reklamlar həqiqətən satışları artırırmı?

Ümumiyyətlə, güldürən reklamların markalara simpatiya qatması bir gerçəkdir. Ancaq, güldürmə şəkli, yəni işlənən mövzu əhəmiyyətli və çox təbii istifadə edilməlidir. Güldürərkən heç bir seqmenti təhqir etməmək lazımdır, hətta rəqibinizi belə. Qeyri-ciddilik ilə səmimiyyət məlumatlılığı da çox əhəmiyyətlidir, məsələn, Uinston Çörçilin də dediyi kimi, "zarafat etmək ciddi bir işdir ..."
Digər tərəfdən yuxarıda da qeyd etdiyim kimi, güldürən reklamlar reklamın izlənmə sayını və sürətli bir şəkildə ağızdan ağıza yayılmasını artıra bilir. Və bu da müvafiq markaya marağın və satış həcminin artması ilə nəticələnir.

Yazımızı bəyəndinizsə paylaşın daha çox insan görsün. Səhifəmizə abunə olmağı unutmayın

Share on Google Plus

About Zəhra Novruzova

0 Rəylər :

Post a Comment