Yazılar
Yüklənir...

Brexit sonrası şirkətlər haraya gedəcəklər?

Brexit sonrası  şirkətlər haraya gedəcəklər?



Brexit’in yaratdığı ən böyük  narahatlıqlardan biri Avropanın maliyyə və texnoloji mərkəzi Londonun gələcəyidir. Bir çox qlobal şirkət, Avropa Birliyi(AB) statusunu qorumaq üçün fəaliyyətlərini AB’də davam edəcəklərini—mərkəzlərin Londondan köçürüləcəyini açıqlayıblar.Paris və Frankfurt kimi şəhərlər bu böyük şirkətləri cəlb etməyə çalışırlar. Bruegel (Belçika mərkəzli düşüncə quruluşu) görə London Brexit ardından 10,000 bankçılıq işi və 20,000 maliyyə sektorunu itirəcək. Brexit sonrası Böyük Britaniyanın itirəcəyi məbləğ isə 1,8 trilyon avrodur. Fransadakı yüksək vergilər və maliyyə siyasəti  və Frankfurtu bu bazar üçün daha əlverişli edir—Avropa Mərkəzi Bankı Frankfurtda yerləşir ( bir neçə gün əvvəl CityGroup mərkəzini  Frankfurta köçürəcəyini açıqladı). Londondakı 6 min işçisi olan Amerika investisiya bankı Goldman Sachs CEO’su Richard Gnodde, 18 ay ərzində yüzlərlə işçini Paris və Frankfurta köçürəcəklərini açıqladı.
Morgan Stanley, JP Morgan kimi böyük banklar Frankfurta köçməyə hazırlaşan banklardır. Bank of America Dublin ağırlıqlı olmaqla Frankfurt və Madridə köçə biləcəklərini qeyd edib. Bəzi bankların isə Luksemburq, Amsterdam, Madridə köçə biləcəyi iddia edilir.



Adı çəkilən şəhərlərin müsbət və mənfiləri

Frankfurt

Müsbət: Avropa Mərkəzi Bankı  burada yerləşir və AMB-yə yaxın olmaq istəyən banklar bura gələ bilərlər.
Mənfi: Paris’in həyat tərzi və cazibəsı yoxdur.

Paris

Müsbət: Çox güclü kampaniya keçirirlər, mədəniyyət cazibə mərkəzi.
Mənfi: Fransanın maliyyə sektoruna mənfi davranışları.

Dublin

Müsbət: Böyük Britanyaya bənzəyən qanunlar, eyni dil və eyni vaxt qurşağında yerləşməsi.
Mənfi: İnfrastruktur əskikliyi.

Lüksemburq

Müsbət: Bankları və bankçıları sevən ölkə.
Mənfi: Kiçik olması gələcəkdə problem yarada bilər.

Amsterdam

Müsbət: Rahat kommunikasiya və İngilis dilinin geniş istifadə edilməsi.

Mənfi: Maliyyə sektoru kiçikdir və xərclər çoxdur.


Share on Google Plus

About Orkhan Rustamov

0 Rəylər :

Post a Comment